Accessibility links

ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib


Rusiyanın qonşu Belarusda birgə hərbi təlimlərə başlamasından iki gün sonra, cümə axşamı Ukrayna və ABŞ birgə hərbi təlimlərə başlayıb.

ABŞ-ın Kiyevdəki səfirliyinin bildirdiyinə görə, Ukraynanın qərbindəki Yavoriv yaxınlığında keçiriləcək ABŞ ordusunun rəhbərlik etdiyi Rapid Trident təlimlərinə 10 ölkədən təxminən 4000 hərbçi qatılacaq.

Təlimlərin sülh və sabitlik üçün lazım olan ABŞ-Ukrayna strateji tərəfdaşlığının gücünü nümayiş etdirir.

Ukrayna prezidenti Volodimir Zelenski təlimlərin açılışında etdiyi çıxışında prioritetinin müasir, möhkəm təchiz edilmiş və bacarıqlı bir Ukrayna ordusu və bu ordunun Ukraynanın sərbəst inkişafının qarantı olduğunu deyib.

Rusiya və Belarus qüvvələri təlimlərə Belarusun Polşa ilə sərhədinə yaxınlığındakı Brest bölgəsində çərşənbə axşamı başlayıb. İnterfaks xəbər agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadən təlimlərin sentyabrın 25-nə qədər davam edəcəyini və bu təlimlərin məqsədinin digər ölkələrə qarşı deyil, terrorla mübarizəyə yönəldiyini bildirib.

Kiyevlə Moskva arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaqından və Ukraynanın Donbas regionundakı rusiyapərəst separatçılara dəstək verməsindən sonra pisləşib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG