Accessibility links

Ukrayna: Avropa İttifaqı ilə razılığın imzalanmaması iqtisadi səbəblərlə bağlıdır


Ukraynanın baş naziri Avropa İttifaqı ilə əlaqələri gücləndirəcək razılaşmanın imzalanmamasının iqtisadi səbəblərlə bağlı olduğunu bildirib.

Lakin Mikola Azarov parlamentdə çıxışı zamanı deyib ki, bu qərar Ukraynanın Avropa İttifaqına inteqrasiya strategiyasını dəyişməyəcək.

Ukraynanın nazirlər kabineti bildirib ki, parlamentin sabiq baş nazir Yuliya Timoşenkonu həbsdən azad edəcək qanunu təsdiq etməkdən imtina etməsindən sonra Avropa İttifaqı ilə ticarət və əməkdaşlığa dair tarixi sazişinin imzalanmasına hazırlıqları dayandırıb.

Sabiq baş nazirin azad olunması Ukrayna ilə Avropa İttifaqı arasında razılığın imzalanması üçün irəli sürülən başlıca şərt idi.

Sazişin imzalanmamamsı haqda qərarda bildirilir ki, Ukrayna Rusiyanın başçılığı ilə gömrük şurasına üzv ölkələr olan Belarusiya, Qazaxıstan və digər keçmiş sovet dövlətləri ilə ticari və iqtisadi əlaqələrin canlandırma istiqamətində aktiv dialoqu bərpa edəcək.
XS
SM
MD
LG