Accessibility links

Human Rights Watch rusiyapərəst separatçıları yardım səylərinə mane olmaqda günahlandırır


Ukrayna qüvvələri ölkənin şərqində rusiyapərəst separatçıların nəzarət etdiyi Donetsk şəhərinə yaxınlaşdıqca, insan haqları qrupu dörd ay davam edən döyüşlər səbəbi ilə yaranan humanitar böhrana görə üsyançıları təqsirləndirir.

ABŞ-da qərargahlanan Human Rights Watch qrupu açıqladığı bəyanatda üsyançıların tibb işçiləri və tibbi yardım obyektlərinə hücumlarının mülkü vətəndaşların müalicəsini risk altına qoyduğunu bildirib.

Qrup bildirib ki, separatçı qüvvələr tibbi və xəstəxana avadanlığını oğurlayıb, məhv edib və öz yaraqlılarını daşımaq üçün təcili yardım maşınlarını qaçırıb.

Human Rights Watch həmçinin minomyot hücumu zamanı azı iki tibb işçisinin öldüyünü bildirib. Hücumun Ukrayna qüvvələri tərəfindən həyata keçirdiyi ehtimal edilir.

Ukrayna müdafiə rəsmiləri üsyançıların nəzarəti altında olan Donetsk şəhərini geri almaq üçün hazırlıq işlərinin davam etdiyini bildirib. Donetsk şəhəri Kiyevdən muxtartiyyət tələb edən və güclü silahlanmış rusiyapərəst separatçıların sonuncu istinadgahıdır.

XS
SM
MD
LG