Accessibility links

Ukraynanın Daxili işlər nazirliyi: Odessada 32 adamın ölümünə xlorla zəhərlənmə səbəb ola bilərdi


Ukraynanın Daxili işlər nazirliyinin rəsmisi Odessada bu ayın əvvəli Həmkarlar ittifaqları sarayında yanğın zamanı ölən Rusiya tərəfdarı 32 nümayişçinin xloroformla zəhərləndiyinin güman edildiyini bildirib.

Daxili işlər nazirinin müavini, nazirliyinin baş müstəntiqi Vitali Sakal təhqiqat qrupunun yanğın yerində xloroform aşkar ediyini deyib.

Vitali Sakal 32 adamın yanğın zamanı yüksək temperature deyil, qeyri-müəyyən maddəyə görə oksigen və ürək çatışmazlığından öldüyün bildirib. O, xloroform maddəsinin binada bir neçə gün saxlandığını deyib.

Mayın 2-də Rusiya tərəfdarı fəallar və Ukraynanın birliyi tərəfdarları arasında zorakılıqlar nəticəsində Həmkarlar ittifaqları sarayında yanğın zamanı 48 adam həyatını itirmişdir. 38 adam binanın içində, 10 nəfər pəncərdən atılan zaman, altı nəfər isə atışma zamanı ölmüşdür.

Vitali Sakal mayın 2-də hadisələr zamanı əlbəyaxa olan insanların Molotov kokteyli atdıqlarını bildirib.

Onun sözlərinə görə, təhqiqat qrupu hadisələrin dörd mümkün variantını nəzərdən keçirir: ölüm halları Ukraynada sabitliyi pozmaq istəyən “ekstremist qruplar”ın sifarişi, Kiyev hökumətini gözdən salmaq üçün yerli hakimiyyət strukturlarının qeyri-qanunu hərəkətləri, Ukrayna tubol komandasının azarkeşləri və Rusiya tərəfdarı qrupların nəzarətdən çıxmış hərəkətləri, ya da radikal insanlar tərəfindən təhrikçi hərəkətlərin nəticəsi ola bilər.

O, insidentlə əlaqədar 12 nəfərin həbs edildiyini və 22 nəfərin hadisələrdə iştirak etdiyindən şübhələnildiyini bildirib.

Rusiyanın Xarici İşlər naziri Sergey lavrov öz növbəsində, Ukrayna rəsmilərii Odessada zorakı insidentlə bağlı həqiqəti gizlətməkdə günahlandırıb.
XS
SM
MD
LG