Accessibility links

Ukraynanın yeni parlamenti etirazlara baxmayaraq işinə başlayıb


Çərşənbə günü Ukrayna parlamentinin ilk sessiyası etirazlarla və yumruq savaşları ilə müşayət olunub.

Prezident Viktor Yanukoviçin Regionlar Partiyasının oktyabr seçkilərində cüzi üstünlüklə qələbə qazanmasından sonra ilk dəfə yeni parlamentin sessiyası çağrılıb. Müşahidəçilər bu seçkilərin saxtakarlıqla qazanıldığını bildirir.

Sessiya zamanı bir neçə müxalif parlamentar hökumət yönümlü partiyaya keçməkdə günahlandıraraq iki deputatla dalaşıb.

Bununla yanaşı parlamentin önündə bir qrup yarıçılpaq qadın hökumətdə korrupsiyaya qarşı nümayiş keçirib. Femen qrupunun bir neçə fəalı həbs olunub.

Çərşənbə günü axşam saatlarında qanunvericilərin parlament spikerini seçəcəyi gözlənilir. Bununla yanaşı onların prezident Yanukoviçin müttəfiqi Mikola Azarovu yenidən baş nazir vəzifəsinə təsdiq edəcəkləri gözlənilir.

Qərb müşahidəçiləri oktyabr ayında Ukraynada keçirilən seçkiləri ədalətsiz adlandırıb. Çünki, prezident Yanukoviçin əsas rəqibi, Yuliya Timoşenko və digər müxalifət üzvləri həbsdədir və seçkilərdə iştirak etməkdən məhrumdur. Həmçinin, müşahidəçilər seçki nəticələrinin sayılmasındakı qeyri-şəffaflığı tənqid ediblər.
XS
SM
MD
LG