Accessibility links

Ukrayna parlamenti deputatların toxunulmazlığını ləğv edib


Ukrayna parlamenti prezident Vladimir Zelenskinin seçkiqabağı kampaniyası zamanı anti-korrupsiya vədlərinin bir hissəsi olaraq, deputatların toxunulmazlığının ləğv edilməsinə səs verib.

Əvvəllər millət vəkilləri yalnız fərdi iş üzrə parlament səsverməsi yolu ilə toxunulmazlıqdan məhrum edilə bilərdi. Lakin sentyabrın 3-də 450 yerlik parlamentdə 373 deputat qanun layihəsinin lehinə səs verib, üç nəfər bitərəf qalıb, 28 nəfər isə iclasa qatılmayıb.

Bu qanuna səs vermək və bu zaldan kənarda olan insanları burada olanlarla bərabər şərtlərdə qoymaq bizim borcumuzdur.
Aleksandr Dubinski

"Biz toxunulmazlığın qaldırılacağına söz vermişik, Ukraynada xüsusi bir statusa sahib olmayan bir adamın belə olmayacağına söz vermişik" Zelenskinin "Xalqın xidmətçisi" partiyasından millət vəkili Aleksandr Dubinski deyib.

"Bu qanuna səs vermək və bu zaldan kənarda olan insanları burada olanlarla bərabər şərtlərdə qoymaq bizim borcumuzdur", o əlavə edib.

Səsvermədən əvvəl prezident Vladimir Zelenski millət vəkillərinin toxunulmazlığının "tarixin zibil qutusuna" atılmasının vaxtı gəlib çatıb və ukraynalıların 90 faizi bunun baş verməsini görmək istədiyir.

Müxalifət isə bildirib ki, qanunvericilərin toxunulmazlığının ləğvi onları siyasi motivlərlə mühakimə olunmaları qarşısında həssas vəziyyətdə qoyur.

Zelenskinin islahatlarlarla bağlı təəhhüdlərinə sadiq qaldığına işarə edən yeni qanun gələn ilin əvvəlindən qüvvəyə minəcək.

XS
SM
MD
LG