Accessibility links

Ukraynada elitar iğtişaş polisinin 12 üzvü həbs edilib


Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov Kiyevdə nümayişçilərə atəş açılmasına sabiq prezident Viktor Yanukoviçin hakimiyyəti dövründə göstəriş verildiyini deyib.O, Rusiyanın təhlükəsizlik xidmətinin bu əməliyyata yardım etdiyini bildirib.

Bu gün hökumət elitar iğtişaş polisinin 12 üzvünün həbs edildiyini bəyan edib.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna sərhədləri yaxınlığına yerləşdirilən qüvvələrin hərbi təlimlərini başa vurduqdan dərhal sonra öz mövqelərinə qayıdacağını bildirib. Lavrov Qərbi və Ukraynanı artıq mənasız olan retorikalara son qoymağa çağırıb.

Ukrayna rəsmiləri sərhədləri boyunca 100 min rus əsgərinin yerləşdiyini deyir.
NATO generalı Filip Bridlov dünən demişdi ki, Rusiya qüvvələri 3 gün ərzində Ukraynanın böyük hissəsini nəzarəti altına almağa hazırdır.

NATO-nun xarici işlər nazirləri isə Rusiya ilə hər bir mülki və hərbi əməkdaşlığa rəsmən son qoyulacağını bəyan edib.
XS
SM
MD
LG