Accessibility links

Ukrayna Rusiya ordusunun Çernobıldan geri çəkilməsini və oraya BMT-nin xüsusi missiyasının yerləşdirilməsini tələb edir


Ukraynanın Baş nazir müavini İrina Vereşuk Ukrayna silahlı qüvvələrinin ərazidə döyüş sursatının partlaması təhlükəsi barədə xəbərdarlığından sonra Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirən Rusiya qüvvələrinin fəaliyyət göstərməyən ərazidən çəkilməli olduğunu deyib.

"Biz BMT Təhlükəsizlik Şurasının Çernobıl istisna zonası demilitarizasiyası üçün dərhal tədbirlər görməsini və nüvə fəlakətinin təkrarlanma riskini aradan qaldırılması üçün oraya BMT-nin xüsusi missiyasını yerləşdirilməsini tələb edirik" - deyə, Vereşuk martın 30-da Telegram sosial media platformasına yerləşdirdiyi videoda bildirib.

Vereşuk deyib ki, Ukrayna martın 29-da keçirilən danışıqlar zamanı Rusiyadan Ukraynanın ən çox zərər çəkmiş şəhər və kəndlərində 97 humanitar dəhliz yaradılmasına icazə verməsini istəyib.

Moskvanın Ukraynaya işğalına başladığı gün, fevralın 24-də Rusiya qüvvələri stansiyanı nəzarətə götürdükdən sonra da Ukrayna heyəti Çernobıl stansiyasında işini davam etdirib.

Martın 29-da, Rusiyanın ölkəyə hərbi müdaxiləsinin davam etdiyi vaxt Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ölkənin nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə danışıqlar aparmaq üçün Ukraynaya səfər edib.

"Hərbi münaqişə Ukraynanın atom elektrik stansiyalarını və radioaktiv materiala malik digər obyektlərini görünməmiş təhlükə qarşısında qoyur", MAQATE rəhbəri Rafael Qrossi açıqladığı bəyanatda bildirib.

Qrossi "Biz daha çox vaxt itirməyi gözə ala bilmərik. Bu münaqişə artıq insanların ağlasığmaz iztirablarına və dağıntılara səbəb olub. MAQATE-nin təcrübəsinə və imkanlarından istifadə edərək, nüvə qəzasının qarşısını almaq lazımdır" deyib.

Açıqlamada Qrossinin Ukraynada nə qədər qalacağı barədə məlumat verilməyib.

Ukraynanın dörd atom elektrik stansiyasından bir neçəsi və bəzi digər nüvə obyektləri hərbi müdaxilənin təsirlərinə məruz qalıb. Bəzi obyektlər hazırda Rusiyanın nəzarəti altındadır və bu, qəza qorxusunu artırır.

Ukraynada eləcə də 1986-cı ildə dünyanın ən ağır nüvə qəzalarından birinin baş verdiyi və istismardan çıxarılan Çernobıl Atom Elektrik Stansiyası yerləşir ki, orada radioaktiv tullantıların saxlandığı obyektlər var.

XS
SM
MD
LG