Accessibility links

Zelenski ölkəsinin Rusiyanın işğalına qarşı müdafiəsinin “dönüş nöqtəsində” olduğunu deyib


Ukrayna prezidenti ölkəsinin Rusiyanın işğalına qarşı müdafiəsinin “dönüş nöqtəsində” olduğunu deyib və Kreml qüvvələrinin bəzi əməliyyatların miqyasını azaltmaq vədini pozmasından bir neçə saat sonra ABŞ-dan əlavə yardım istəyib.

Rusiyanın Kyiv ətrafı, şimaldakı Çernihov şəhərini bombalaması və ölkənin başqa yerlərində hücumlarını intensivləşdirilməsi qanlı münaqişənin sona çatması istiqamətində irəliləyişlə bağlı ümidləri daha da sarsıdıb. Hər iki tərəf cümə axşamı liman şəhəri Mariupoldan başqa bir təxliyə cəhdi edəcəklərini desələr də, mühasirəyə alınmış şəhərlərdə qalan mülki sakinlər ən ağır əzabları çəkməkdə davam edir.

Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiyanın bildirdiyinə görə, Ukrayna və Rusiya arasında danışıqların cümə günü video vasitəsilə davam etdirilməsi nəzərdə tutulub.

Ukraynalı qanunvericilərdən ibarət nümayəndə heyəti ABŞ-ın daha çox dəstəyini almaq üçün çərşənbə günü Vaşinqtona səfər edib. Onlar xalqının daha çox hərbi texnikaya, daha çox maliyyə yardımına və Rusiyaya qarşı daha sərt sanksiyalara ehtiyacı olduğunu deyib.

Ukrayna parlamentinin üzvü Anastasiya Radina Ukrayna səfirliyində keçirilən mətbuat konfransında "Biz rus əsgərlərini torpaqlarımızdan qovmalıyıq və bunun üçün bizə kifayət qədər silah lazımdır" deyib.

"Əgər biz həqiqətən birlikdə azadlıq və demokratiyanın müdafiəsi uğrunda mübarizə aparırıqsa, o zaman bu çətin dönüşdə yardım tələb etməyə haqqımız var. Tanklar, təyyarələr, artilleriya sistemləri - Azadlıq tiranlıqdan daha ağır silahlanmamalıdır" - deyə, Zelenszi bildirib.

Zelenski bunu gecə, Kyivdəki sönük işıqlı prezident ofisində xalqa etdiyi video-müraciətində deyib. O, çərşənbə günü elan edilən əlavə 500 milyon dollar yardım üçün ABŞ-a təşəkkür edib.

Rusiya ordusunun mövqeyi və son hücumlarından sonra Rusiya və Ukraynanın münaqişəni tezliklə həll edəcəyinə inam azdır.

Rusiya çərşənbə axşamı bildirib ki, "qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlar üçün şərait yaratmaq" üçün Kyiv və Çerniqov yaxınlığında əməliyyatları deeskalasiya edəcək. Zelenski və Qərb buna şübhə ilə yanaşıb. Az sonra Ukrayna rəsmiləri Rusiya qüvvələrinin həmin ərazilərdəki və yaxınlığındakı evləri, mağazaları, kitabxanaları və digər mülki obyektləri atəşə tutduğunu bildirib.

XS
SM
MD
LG