Accessibility links

Ukrayna prezidenti Putinlə görüş ehtimalı və yeni atəşkəsə nikbin baxır


Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Ukraynanın şərqində münaqişəni müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini deyərək, hər iki tərəfin yeni atəşkəs barədə razılığa gəlmək üçün “finiş xəttində” olduğunu əlavə edib.

"Mənə elə gəlir ki, hər şey bu görüşün baş tutacağı istiqamətində gedir" - deyə, Zelenski bildirib.

Zelenski Donbasdakı qarşıdurmalar, Rusiyanın qoşunlarını Ukraynanın şərq sərhədi yaxınlığında və ilhaq edilmiş Krımda cəmləşdirməsi ilə əlaqədar gərginliyə görə iki ölkənin bir-birini ittiham etməsindən sonra Putinlə görüşə nail olmağa çalışır.

Keçən həftə Rusiya qoşunlarını geri çəkməyə başlayıb və Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirıb. Zelenski isə öz növbəsində iki liderin nə vaxt və harada görüşə biləcəyini müzakirə etmək üçün aparatının rəhbərinə Kremllə əlaqə saxlamaq barədə göstəriş verdiyini deyib.

Kyiev 2014-cü ildə Ukrayna həri qüvvələrinin ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən qüvvələrlə döyüşlərə başlamasından bəri 14000 insanın öldürüldüyünü deyir. Keçən ilin iyul ayında razılaşdırılan atəşkəsin pozulmasından sonra bu il 30-dan çox Ukrayna əsgəri öldürülüb.

Bu həftə sonu Pravoslav Pasxasında atəşkəsə nail oluna biləcəyi ilə bağlı sualın cavabında Zelenski "bu razılaşmanın finiş xəttində olduğumuza inanıram" deyib.

Çernobıl Atom Elekrtik Stansiyasında baş verən fəlakətin 35-ci ildönümünə həsr edilən tədbirdə çıxış edən Zelenski deyib ki, münaqişənin davam etdiyi Donbasın da nüvə zavodunun ətrafındakı çirklənmiş torpaq kimi qadağan olunmuş bir bölgəyə çevrilməsini istəmir.

"Biz keçmişə qayıdıb Çernobıl AES-dəki faciənin qarşısını ala bilmərik. Ancaq işğal altında olan Donbasda baş verə biləcək faciənin qarşısını almaq üçün bu gün hər şeyi edə bilərik" - deyə, Zelenski bildirib.



Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG