Ukraynanın şərqində rusiyapərəst separatçılar Kiyevlə beş ay davam edən münaqişəyə son qoymaq üçün sülh planının bir hissəsi kimi ağır artilleriyalarını ön cəbhədən geri çəkməyə başladığını bildirib.
Üsyançıların lideri Aleksander Zakarçenko Rusiyanın Interfax xəbər agentliyinə geriçəkilmənin Ukrayna qüvvələrinin bənzər hərəkətinə cavab olduğunu deyib.
O bildirib ki, rusiyapərəst üsyançılar yalnız Ukrayna qoşunlarının geri çəkildiyi ərazilərdən geri çəkiləcək. Ukrayna qoşunları qaldıqları ərazilərdə onlar da qalmaqda davam edəcək.
Ukrayna rəsmiləri deyib ki, Ukrayna qüvvələri və ağır artilleriyalarını 30 kilometrlik buffer zona yaradılması razılığının bir hissəsi olaraq ön cəbhədən geri çəkməyə başlayıb.
Ukrayna məsələsi bu həftə BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək toplantısının gündəmindəyer alacaq.
Rusiya prezidenti Vladimir Putin görüşdə iştirak etməyəcək. İllik toplantıda Moskvanı Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.