Accessibility links

Ukrayna sərhəd qoşunları hazır vəziyyətə gətirilib


Ukrayna sərhəd qoşunları hazır vəziyyətə gətirilib
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Ukrayna sərhəd qoşunları hazır vəziyyətə gətirilib

Şimali Ukraynada çıxış edən prezident Petro Poroşenko Moskvanı açıq-aşkar hərbi təcavüz etməkdə günahlandırıb və gələcəkdə Rusiya tərəfindən ediləcək istənilən hərbi əməliyyatlara qarşı ölkəsinin cavab verməyə hazır olduğunu bildirib.

"Biz effektiv kadr hazırlığını təmin etməliyik ki, lazım olan zaman düşmən məğlub edə bilər. Əmin olun ki, düşmən Ukraynanın ərazisini işğal etmək kimi məsuliyyətsiz qərara görə ağır cavab verəcək." - deyə, Petro Poroşenko əsgərlərin qarşısında çıxış edib.

Ukrayna silahlı qüvvələri və Rusiya sərhədindəki Dövlət Sərhəd Xidmətinin bölmələri təhlükəsizliyi təmin etmək üçün hazır vəziyyətə gətirilib.

"Bildirdiyim kimi, bizim əsas səylərimiz müdafiə qabiliyyətimizin bərpasına, hərbi hissələrin gücləndirilməsinə, qoşunların möhkəmləndirilməsinə və lazım gəldikdə qoşunların yenidən qruplaşdırılmasına yönəlib." - deyə, Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Rodion Timaşenko bildirib.

Ukrayna-Rusiya sərhədində artan nəzarət tədbirlərinə baxmayaraq sərhəddən keçən insanlar heç bir problemlə üzləşmirlər.

"Hazırda şərq bölgələrində Ukrayna Dövlət Sərhəd Xidmətinin bütün bölmələri hazır vəziyyətə gətirilib. Bizim bölmələrimizin əsas məqsədi Rusiya Federasiyası ilə sərhəddə ehtiyat güclərinin sayını artırmaq və sərhəd mühafizəsi xidmətlərinin heyətinin artırılması yolu ilə əlavə təhlükəsizliyi gücləndirməkdir." - deyə, Dövlət Sərhəd Xidmətinin rəis köməkçisi Oksana İvanets qeyd edib.

Rusiya bazar günü Qara dənizdə Ukraynanın iki hərbi gəmisinə atəş açıb, digəri ilə toqquşub və onları ələ keçirib. Rusiya gəmiləri qanunsuz şəkildə su ərazisinə daxil olmaqda ittiham edib.

Ukrayna rəsmiləri azı altı dənizçisinin yaralandığını bildirir və yanlış hərəkət etdiyini inkar edib, eyni zamanda Rusiyanı hərbi aqressiyada günahlandırıb.

XS
SM
MD
LG