Kreml Ukraynanın Donbas regionunda separatizmi dəstəkləməklə Ukraynanın yenidən Rusiya orbitinə keçəcəyinə ümid bəsləyirdi. Lakin bu stretegiyanın tərs işlədiyi müşahidə edilir.
Ukraynanın Qərb və ya Moskvanı seçəcəyinə dair debatlar hələ ki, başa çatıb.
Bu ay Ukraynada keçirilləcək prezident seçkiləri Ukraynanın Rusiyadan qoparaq müstəqil gələcək quracağına daha bir mühüm mərhələ ola bilər.
Sovet dövründən sonra ilk dəfədir ki, Ukraynanın hansı tərəfi seçəcəyi məsəsləsi gündəmdə yer almır. Belə ki, Rusiyayönümlü damğa 43 namizədin hər biri üçün böyük məsuliyyətdir.
Petro Poroşenko yenidən seçilməsini təminat altına almaq üçün iki əsas rəqibinə qarşı utandırıcı iddialardan çəkinmir.
Poroşenko rəy sorğularına görə, namizədlər arasında 3-cü yerdədir. Birinci yeri populyat komediya ustası Volodimir Zelenskiy, 2-ci yeri isə bir zamanlar Kremlin casusu adlandırılan sabiq baş nazir Yuliya Timoşenko tutur.
Açıq şəkildə Rusiyanı dəstəkləyən baş nazirin sabiq müavini Yuriy Boyko isə 4-cü sırada yer alır.
Rəy sorğularına görə, o, səslərin 10 faizə qədərini toplaya bilər. Martın 31-də seçkilərin birincu raundunadək onun mövqeyini düzəltməsi şansları çox deyil.
Ənənəvi olaraq Rusiyaya yaxın namizədləri dəstəkləyən Donbas və Krım yarımadasının sakinləri maneələr qarşısındadır. Onlar ya xarici konsulluqlarda, ya da Ukrayna hökumətinin nəzarətində olan bölgələrdə səs verməli olacaq.
Rusiaynın xüsusi xidmətlərinin saxta exit-poll məlumatı hazırlayaraq, Kremlin seçkilərin nəticələrinin saxtalaşdırıldığı ittihamına şərait yaradılacağına dair qorxular mövcuddur.
Avropa İttifaqının 18 üzv ölkəsi bloku Kiyevə Rusiyanın Ukraynada keçiriləcək prezident seçkilərinə mümkün müdaxilə cəhdlərindən qorumaq üçün dəstək verməyə “hazır olmağa” çağırıb.