Accessibility links

Ukrayna və Rusiyanın dəstəklədiyi separatçılar məhbus mübadiləsini başa çatdırdı


Ukrayna rəsmiləri və Rusiyanın Ukraynanın şərqində dəstəklədiyi separtçılar məhbus mübadiləsini başa çatdırıb. Bu barədə Ukrayna prezidentinin ofisi dekabrın 29-da məlumat verib.

"Məhbusların mübadiləsi başa çatdı", prezident aparatı Twitter hesabında bildirib və hökümətə 76 nəfərin təhvil verildiyini əlavə edib.

Bundan öncə Ukrayna prezidentinin rəsmi Twitter səhifəsində "Mayorsk nəzarət-buraxılış məntəqəsində həbs olunan insanların azadlığa buraxılma prosesi başlayıb" –yazılmışdı və avtobus, təcili tibbi yardım maşınları və silahlı əsgərlərin fotoları paylaşılmışdı.

Rusiya xəbər agentlikləri özünü Donetsk Xalq Respublikası adlandıran Rusiya-nın dəstəklədiyi separatçı qrupun ombudsmanı Darya Morozovanın “Mübadilə başlayıb” dediyinə dair məlumat paylaşmışdı.

UNIAN xəbər agentliyi də daha öncə separatçı qrupun nümayəndəsinə istinadən bildirmişdi ki, Ukrayna tərəfinin 87, separatçıların isə 55 nəfəri təhvil verəcəyi gözlənilir.

Bu, son dörd ayda ikinci məhbus mübadiləsidir.

Mediada yer alan məlumatlara əsasən, məhbus mübadiləsi Donetskdən 35 kilometr uzaqlıqda yerləşən Horlivka kəndi yaxınlığında baş tutub.

Son məhbus mübadiləsi zamanı Rusiya və Ukrayna ümumilkdə 70 məhbusun mübadiləsini aparıb. Bir çoxları bu addımı 13 mindən çox insanın ölümü ilə nəticələnən müharibədə gərginliyi azaltmağa yönəlmiş səylərdə irəliləyiş kimi qiymətləndirib.

Rusiya münaqişədə tərəf olmadığını təkd edir, baxmayaraq ki, Rusiyanın separatçı liderlərlə kommunikasiyası, rusiyalıların ələ keçirildiyi və döyüşlərdə rusiyalıların öldüyünə dair dəlillər mövcuddur.

Məhbus mübadiləsi Kyivdə birmənalı qarşılanmayıb.

AFP-ə əsasən, hökümətin 2014-cü ildə Qərb tərəfdarı qiyam zamanı etirazçıları öldürməkdə şübhəli bilinən bir neçə iğtişaş polisini separatçılara təhvil verəcəyi gözlənilir.

İğtişaş polisinin qurbanlarının ailələri Facebook-da Zelenskiyə açıq məktub unvanlayaraq, onların təhvil verilməsinin etiraz dalğasına səbəb ola biləcəyinə dair xəbərdarlıq edib.

"Biz sizə bildirmək istəyirik ki, bu insanlar Ukraynanın şərqində davam edən münaqişənin nə iştirakçıları nə də qurbanlarıdır," onlar yazıb.

Donbas kimi tanınan regionda müqanişə Zelenskinin üzləşdiyi ən böyük çətinlikdir. O, münaqişəyə son qoyacağını vəd edib. Zelenski mayın 20-də vəzifəsinin icrasına başlayıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukrayanın şərqində separatçılara dəstək verdiyinə və Ukraynanın Krım regionunu ilhaq etdiyinə görə Rusiyaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG