Accessibility links

Ukraynada etiraz aksiyalarında bir azərbaycanlı xəsarət alıb


Ukraynada etiraz aksiyalarında azərbaycanlı xəsarət alıb
Ukraynada etiraz aksiyalarında azərbaycanlı xəsarət alıb

Səfirlik bildirib ki, Rzayevə tibbi yardım göstərilib və hazırda onun vəziyyəti kafi qiymətləndirilir

Ukraynada etiraz aksiyaları zamanı bir azərbaycanlı xəsarət alıb.

Ukrayna vətəndaşı, 1990-cı il təvəllüdlü Anar Rzayev Kiyevdəki Müstəqillik meydanında iğtişaşlar zamanı xəsarət alıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Məlumata görə səfirliyə şəhərin mərkəzində baş verən iğtişaşlar zamanı Rzayevin itməsi barədə məlumat daxil olub. Az sonra o, dəyənək zərbələrindən yüngül xəsarət almış halda tapılıb.

Səfirliyin məlumatına görə, Rzayevə tibbi yardım göstərilib və hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində 77 nəfər həlak olub, tibbi yardım üçün isə 577 nəfər müraciət edib.
XS
SM
MD
LG