Ukrayna Rusiya tərəfdarı separatçıların iki həftə bundan əvvəl əldə edilmiş atəşkəsin pozulmasını dayandırmayana qədər hərbi qüvvələrini cəbhə xəttindən geri çəkməyəcəyini bildirib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko separatçılar və Rusiya hərbi qüvvələrinin Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı hücumları davam etdirdiyini deyib.
Onun sözlərinə görə, bunun nəticəsi olaraq Ukrayna şənbə günü Minskdə hökumət qüvvələri və separatçıları 30 kilometrlik buffer zonasının yaradılması üçün artilleriyanı 15 kilometr geri çəkilməyə çağıran razılığın şərtlərinin həyata keçirilməsi haqda danışmır.
Bazar günü separatçıların istinadgahı olan Donetsk ətrafında güclü atışma baş verib.