Accessibility links

Ukraynada Müstəqillik Günü qeyd edilir


Ukrayna prezidenti Petro Poroşenkonun sözlərinə görə, Rusiya tərəfdarı separatçıların ölkənin şərqində təhdidlərini davam etdirməsi səbəbilə qarşıdakı bir neçə il ərzində ölkənin hərbi xərclər 3 milyard dollaradək artırılacaq.

Cənab Poroşenko bu sözləri bu gün ölkənin Müstəqillik Günündəki çıxışda deyib. Avqustun 24 Ukraynanın Sövet İttifaqı tərkibindən çıxaraq müstəqilliyini elan etməsindən 23 il keçir.

Prezident Azadlıq Meynanına toplaşan minlərlə insan qarşısında çıxışı zamanı deyib ki, separatçıların Ukraynaya təhdidi davam etdirəcəyi aydın görünür və ölkə özünü müdafiəyə hazır olmalıdır.

Bununla yanaşı, Rusiya tərəfdarı separatçılar onlarla ukraynalı müharibə məhbusunu üsyançıların əlində olan Donetsk küçələrində yürüş keçirməyə məcbur ediblər. Girovların çirkli olması jesti ilə küçə təmizləyən maşınlar məhbusların arxasınca gedərək onların gəzdikləri əraziləri təmizləyib.

Xatırladaq ki, dünən Almaniya kansleri Angela Merkel Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşərək ölkənin Rusiya ilə yaşadığı gərginliyi müzakirə edib. Görüş Rusiyanın humanitar yardım karvanının ölkəyə icazəsiz daxil olmasından bir gün sonra keçirilib.

Kiyevə dünən çatan xanım Merkel deyib ki, onun səfəri Ukraynanın ərazi bütövlüyü ilə bağlı "çətin ancaq qərarlı zaman"a təsadüf edir. Kanslerin sözlərinə görə, sülh üçün bir yol tapılmalıdır. Cənab Poroşenko xanım Merkele səfəri və Almaniyanın ölkəsinə dəstəyi üçün təşəkkürünü bildirib.

XS
SM
MD
LG