Accessibility links

Ukraynaya Azərbaycan enerji resurslarının tədarükü marşrutu üzrə işçi qrup yaradılıb

28 aprel 2011-ci ildə Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana səfəri zamanı Odessa vilayətində 2015-ci ildə tikiləcək terminal üçün 5 mlrd kubmetr Azərbaycan maye qazının tədarükü barədə razılıq əldə edilib. Terminalın gücü ildə 10 mlrd kubmetr olacaq, təxmini qiyməti 2,6 milyard dollardır.

Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycandan Ukraynaya enerji resurslarının tədarükünün yeni marşrutları üzrə işçi qrup yaradıb. İşçi Qrupunun rəhbəri energetika və kömür sənayesi naziri Yuri Boyko, onun müavini İnvestisiyalar və Milli Layihələrin İdarə Edilməsi üzrə Dövlət Agentliyinin sədri Vladislav Kaskivdir. Bu barədə Turan agentliyi Ukrayna dövlət başçısının rəsmi saytına istinadən məlumat yayıb.

XS
SM
MD
LG