Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: Yeni virus daha üç adamın ölümünə səbəb olub



Ümumdünya Səhiyyə Təşkilatı yeni SARS (ağır kəskin respirator sindromu) virusunun Səudiyyə Ərəbistanında daha üç adamın ölümünə səbəb olduğunu bildirirərək, ölkədə bu xəstəlik səbəbilə ölənlərin sayının bununla 30-a çatdığı haqda məlumat verib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Səudiyyə Ərəbistanı rəsmilərinin üç ölüm halını təsdiqlədiyini bildirib. O həmçinn ölkədə yeni yoluxma halının qeydə alındığı və beləliklə də qlobal səviyyədə xəstəlik səbəbi ilə ölənlərin sayının 50-yə çatdığı haqda məlumat verib.

SARS virusu ilə yeni yoluxma halı Səudiyyə Ərəbistanının şərqindəki Əl-Ahsa vilayətindən qeydə alınıb.

Keçən il aşkar olan yeni virusla yoluxma hallarının böyük hissəsi Səudiyyə Ərəbistanında aşkar edilib.

Yaxın Şərqdə virusla yoluxma halları İordniya və Qətərdə, eləcə də Tunisi və Avropada qeydə alınıb. Bu həfətnin əvvəli Fransada virus səbəbi ilə 65 yaşlı bir kişi dünyasını dəyişib.

Öskürək, qızdırma və pnevmoniya ilə müşayiət olan virus yaxın kontakda insandan insana keçə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG