Accessibility links

BMT: Son on ildə qadınlara qarşı qərəzli münasibətdə dəyişiklik yoxdur


Birləşmiş Millətlər Təşkilatının (BMT) bazar ertəsi açıqladığı hesabatda deyilir ki, "MeToo" kimi insan hüquqları kampaniyalarına baxmayaraq, qadınlara qarşı qərəzli münasibətlə bağlı məlumatların izlənməsi sahəsində son on il ərzində heç bir irəliləyiş olmayıb və qərəzlər cəmiyyətdə "dərin kök salmış" olaraq qalır.

Həm kişilər, həm də qadınlar arasında "qərəzli gender sosial normaları bütün dünyada geniş yayılmışdır: insanların demək olar ki, 90%-i Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təhlil edilmiş yeddi qərəzli münasibətdən azı biri ilə üzləşir".

Hesabatda deyilib ki, bu qərəzlər "həm kişilər, həm də qadınlar arasında geniş yayılıb və bu da həmin qərəzli münasibətin dərin kök saldığını və həm kişilərə, həm də qadınlara eyni dərəcədə təsir etdiyini göstərir".

BMT agentliyi dünya miqyasında dəyərlərin və inancların necə dəyişdiyini öyrənən beynəlxalq Dünya Dəyərləri Sorğusu layihəsinin məlumatlarından istifadə edərək, siyasi, iqtisadi, təhsil və fiziki toxunulmazlıq göstəricilərini nəzərə alan "Gender Sosial Normalar İndeksi"ni yeniləyib.

BMT-nin İnkişaf Proqramı bildirib ki, qadın haqları uğrunda mübarizə aparan qlobal və yerli "MeToo" kimi kampaniyalara baxmayaraq, indeks "son on ildə qadınlara qarşı qərəzli münasibətdə yaxşılaşma olmadığını" göstərib.

XS
SM
MD
LG