Accessibility links

BMT-nin baş katibi İran prezidenti ilə görüşdə insan hüquqları məsələlərini qaldırıb


İbrahim Rəisi, Nyu York, 22 sentyabr, 2022.
İbrahim Rəisi, Nyu York, 22 sentyabr, 2022.

BMT Baş katibi Antonio Quterreşin sözçüsü cümə günü deyib ki, BMT başçısı bu həftə Nyu Yorkda İran Prezidenti İbrahim Rəisi ilə görüşüb və İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı təqibləri fonunda insan hüquqları problemlərini qaldırıb.

Sözçü Stefan Dujarrik mətbuat brifinqində müxbirlərə deyib ki, Quterreş İran prezidenti ilə cümə axşamı BMT-nin baş qərargahında keçirilən Baş Assambleya görüşləri çərçivəsində görüşüb. O deyib ki, “baş katib onunla [Rəisi] bir sıra məsələləri, o cümlədən insan hüquqları məsələsini müzakirə edib.”

Dujarrik deyib ki, baş katib “dinc etirazçılara qarşı ifrat gücdən istifadə olunduğuna və bunun onlarla ölüm və xəsarətlərlə nəticələndiyinə dair məlumatlardan” çox narahatdır. O, təhlükəsizlik qüvvələrini lazımsız və ya qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməyə və əlavə gərginliyin qarşısını almaq üçün hamını təmkinli olmağa çağırıb.

Dujarrik əlavə edib ki, BMT İran rəsmilərinin ifadə və azad toplaşmaq azadlığı, habelə qadın hüquqlarına hörmət etməyə və “qadın və qızlara qarşı disriminasiya formlarını aradan qaldırmaq üçün əlavə addımlar atmağa və beynəlxalq standartlara müvafiq olara onları başqa insan hüuqları pozuntularından qorumaq üçün effektiv tədbirlər görməyə” çağırıb.

Dujarrik həmçinin insan hüquqları üzə ali komissarın “Məhsa Əminin ölümü ilə bağlı qərəzsiz və efektiv istintaq” aparmaq çağırışını təkrarlayıb.

Əminin keçən həftə İran əxlaq polisi tərəfindən nəzarətə alındıqdan sonra ölümü son günlərdə etirazlara səbəb olub, İran təhlükəsizlik qüvvələri isə etirazçılara qarşı güc tətbiq edib.

BMT-nin Qadınlar idarəsi Əmininin ölümü ilə bağlı bəyanat yayaraq bunnu faciə və “xüsusi narahatlıq” doğuran bir məsələ adlandırıb.

Qadın və qızların hüquqlarını dəstəkləyən qlobal qrup insan hüquqları üzrə ali komissarın onun ölümü ilə bağlı “müstəqil, səlahiyyətli orqan tərəfindən operativ, qərəzsiz və effektiv istintaq” aparılmasına dair çağırışını təkrarlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG