Accessibility links

BMT-nin Təhlükəsizlik Şurasında Suriyanın vətəndaş müharibəsinin qurbanlarının şəkilləri nümayiş etdirilib


BMT-nin Təhlükəsizlik Şurasında Suriyanın vətəndaş müharibəsinin qurbanlarının şəkilləri nümayiş etdirilib. 55 min şəklin bəziləri Suriyanın hərbi polisinin sabiq üzvləri tərəfindən çəkilib.

Şəkillərin etimadlığına dair hesabatın həmmüəllifi, müharibə cinayətləri üzrə sabiq prokuror David Kreyn müxbirlərlə görüşü zamanı görüntüləri Suriya hökumətinin beynəlxalq məhkəmə qarşısına çıxarılmalı olduğuna dəlil hesab etdiyini deyib.

O, şəkillərin Əsəd rejiminin müharibə cinayətlərinə əl atdığına şübhə qoymadığını bildirib.

David Kreyn şəkilləri ölkədən çıxarmağa nail olan fotoqrafların misilsiz iş gördüklərini vurğulayıb.

Fransanın BMT-dəki səfiri Jerard Araud deyib ki, Təhlükəsizlik Şurası bu şəkilləri görməli idi və onun hökuməti Suriya münaqişəsinin Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılması üçün sənədlər hazırlayır.

60-dan artıq ölkə Suriyadakı vəziyyətin Haaqa məhkəməsinə göndərilməsini tələb edib. Lakin son qərarı Təhlükəsizlik Şurası verməlidir.
XS
SM
MD
LG