Accessibility links

UNICEF: 43 milyon uşaq ehtiyac içində yaşayır


BMT-nin uşaq fondu dünyada münaqişələr, epidemiyalar və iqlim dəyişikliyinin fəsadları ilə üzləşən 43 milyon uşaq üçün 2.8 milyard dollarlıq yardım üçün müraciət edib.

UNICEF-in builki müraciəti Qərbi Afrika ölkələrində Ebola virusunun yayıldığı ötən illə müqayisədə cüzi fərqə malikdir.

İlk dəfə olaraq qurum yardımların 25 faizinin uşaqların təhsilinə ayrılacağını bəyan edib. Bu il 8 milyon uşağa təhsil imkanları yaradılması planlaşdırılır.

Vəsaitin 5 milyonu Suriya daxilində məcburi köçkün və qaçqınlara sərf ediləcək.

UNICEF-in Suriyadakı təmsilçisi Hanna Singerin dediyinə görə, Suriya uşaqlar üçün ən təhlükəli ölkədir.

Bu ölkədə bir çox uşaq döyüşlər səbəbi iə həlak olur, yaralanır, tibbi yardım çatışmazlığı səbəbi ilə dünyasını dəyişir.

Singer müharibənin təhsilə təsirinin açınacaqlı nəticələrə səbəb olduğunu deyib.

Suriya uşaqlar üçün ən təhlükəli ölkədir

O, Suriyada 2 milyon uşağın təhsildən məhrum edildiyini bildirib. Hər 4 məktəbdən 1-i yarasız vəziyyətdədir.

Singer təhsil sektorunun 50 min müəllimi itirdiyini bildirib. Onlar ya həlak, ya da ölkədən qaçmağa məcbur olub.

“Münaqişədən öncə bu ölkədə məktəblərə qeydiyyat 90 faiz təşkil edirdi. Suriya təhsil sahəsində 20 il geriyə düşüb. Bu isə bütöv bir nəslin itkisi deməkdir”-deyə UNICEF-in Suriyadakı təmsilçisi bildirib.

UNICEF-in müraciət etdiyi yardımlar ərzaq qıtlığı, zorakılıqlar, xəstəliklər və təzyiqlərin qurbanı olan uşaqları da nəzərdə tutur.

Qurum iqlim dəyişikliyinin də artmaqda olan təhlükəsini önə çəkir. Agentlik yüz milyonlarla uşağın daşqınlar və quraqlılar yaşanan bölgələrdə iztirab çəkdiyini deyir.

UNICEF-in fövqəladə hallar proqramının direktoru Əfşan Xan bildirib ki, Afrikanın Sahil regionu ən ağır bölgələrdəndir.

Uşaqlar əmək istismarı, insan alveri və əhali yerdəyişməsinin qurbanına çevrilib

“Orada hər bir insana mənfi təsir göstərən amillər var. Lakin uşaqlar daha böyük təhlükə altındadır. Onlar təmiz su, ərzaq qıtlığı çəkir. Uşaqlar əmək istismarı, insan alveri və əhali yerdəyişməsinin qurbanına çevrilib”-deyə Xan Amerikanın Səsinə bildirib.

Yardımların bir hissəsi Çad Gölü və Burundi kimi siyasi böhranlar yaşanan bölgələrə ayrılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG