Accessibility links

Uqandada çaxnaşma nəticəsində 37 nəfər ölüb


Uqanda polisi cümə günü prezidentliyə müxalif namizəd Bobi Vaynın çərşənbə günü həbsindən sonra keçirilən etirazlar nəticəsində azı 37 nəfərin öldüyünü bildirib.

38 yaşlı siyasətçi cümə günü ölkənin şərqində yerləşən İqanqa şəhərində zəmanət qarşılığında sərbəst buraxılıb. O, seçki mitinqlərini 200 nəfərlə məhdudlaşdıran COVID-19 qaydalarına əməl etməməkdə ittiham olunur.

Son illərdə bir neçə dəfə həbs olunan Vayn qırx ildir hakimiyyətdə olan prezident Yoveri Musevenin əsas rəqibi olaraq görülür. O, dəfələrlə Musevenini təqaüdə çıxmağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş cümə günü bəyanatında Uqandada bütün zorakılıqları qınayıb və rəsmiləri “insan haqlarını pozanların məsuliyyətə cəlb olunmalarını təmin etməyə” çağırıb. O həmçinin “ixtiyari həbs olunan hər bir şəxsin dərhal azadlığa buraxılmasına” çağırış edib.

Quterreş siyasi liderləri və onların tərəfdarlarını “seçki prosesində dinc şəkildə, müvafiq qaydalara riayət edərək və zorakılıqdan və ya nofrtə çıxışından uzaq duraraq iştirak etməyə” çağırıb.

Cümə axşamı Museveni seçki kampaniyası zamanı bir qrup etirazçıların Uqandadakı sabitliyi sevməyən autsayderlər tərəfindən sui-istifadə edildiyini bildirib. O, çaxnaşmanı başladanların bunu etdiklərinə görə peşman olacaqlarını söyləyib.

Musevenin sözçüsünün bildirdiyinə görə, onun bazar günü xalqa müraciət edəcəyi gözlənilir.

Uqandada prezident seçkisi yanvarın 14-ə təyin olunub.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG