Accessibility links

Mayami - Turistlərin "doğum evi" [Video]


Mayami - Turistlərin "doğum evi"
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Özünün mülayim hava şəraiti, ilıq okean temperaturu, həyəcanlı gecə həyatı ilə Mayami Şərqi Avropadan gələn turistləri uzun illərdir özünə cəlb edib. Lakin bu “Günəşlı ştat”dan özləri ilə günəşin qaraltdığı gözəl dəridən savayı, turistlər orada uşaq dünyaya gətirir və evlərinə Amerika vətəndaşı olan körpələrlə qayıdır.

Kseniya Popova Mayamiyə Vladivostokdan gəlib. Lakin Rusiyanın şərqindən iki gün yol qət edərək, Mayamiyə gələn Kseniya buraya okean və restoranlardan ləzzət almaq üçün gəlməyib. O, həyat yoldaşı ilə birlikdə şəhər klinikalarından birində qızı Taisiyanı dünyaya gətirmək üçün gəlib. “Mən körpəmi Birləşmiş Ştatlarda dünyaya gətirmək arzusunda idim. Hamilə qalan kimi mən və həyat yoldaşım araşdırma apardıq və buraya gəldik. Mənim rəfiqələrim çoxu belə edib. Burada hər şey var – gözəl hava, yüksək səviyyəli səhiyyə və vətəndaşlıq” deyə, Kseniya Popova bildirir.

Birləşmiş Ştatlarda doğulan uşaq avtomatik olaraq Amerika vətəndaşı olur. Və Amerikaya müxtəlif səbəblərdən gələrək, burada uşaq dünyaya gətirmək tamamilə qanunidir. “Xoşbəxt körpə” şirkətinin təsisçisi Nailə Vəliyeva deyir ki, belə şirkətlər valideynlərə sənədlərin hazırlanmasında, həkimlərin və yaşayış yerlərinin seçilməsində yadım edir. “Mayamiyə gəlib uşaq dünyaya gətirmək qeyri-qanuni deyil. Çoxları Birləşmiş Ştatların səhiyyə sisteminin yüksək səviyyədə, hava şəraitinin əla olduğu ilə razıdır. Analar üçün burada hər şey var.”

Qadınlar bununla razıdır. Onlar deyir ki, belə uzun və baha başa gələn səfərin səbəbi səhiyyənin yüksək səviyyədə olması və münasibətdir. Katerina Xramova: “Hamiləliyə Rusiyada bir xəstəlik kimi baxılır. Sən tez-tez həkimə getməli, milyonlarla yoxlamadan keçməlisən. Amerikada isə bu asandır, sonoqramdan keçdin, körpənin ürək döyüntülərini eşitdin və sən gələn dəfəyə qədər azadsan.”

20 yaşında qızı olan moskvalı Olqa Şukanova ikinci uşaq istəyirdi. “Mənə təcili olaraq qeysər kəsiyi etdilər. Mən həkimlərin peşəkarlığına heyran oldum.”

Əslən Kubadan olan Remberto Santos 23 ildir Mayamidəki doğum evində işləyir. O, valideynlərin demək olar ki, yarısının Şərqi Avropadan gəldiyini deyir. “Rusiya və Ukraynadan olan xəstələrimiz ağrıya daha dözümlüdür. Bəzilər anesteziya ilə doğur, lakin çoxu təbii yolla doğmağa üstünlük verir.”

Gələcək analar adi turist vizası alır. Yalnız onlar geri, öz ölkələrinə qayıtma biletlərini və bankdakı hesablarını göstərməlidirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG