Accessibility links

Amerikanın ən zəngin adamları sərvətlərini xeyriyyəyə verir


Amerikanın ən zəngin adamları sərvətlərini xeyriyyəyə verir
Amerikanın ən zəngin adamları sərvətlərini xeyriyyəyə verir

Birləşmiş Ştatlarda 30 milyarder da daxil olmaqla, ən zəngin 40 ailə və şəxs sərvətlərinin ən azı yarısını xeyriyyəçiliyə verməyə söz verib

Birləşmiş Ştatlarda 30 milyarder da daxil olmaqla, ən zəngin 40 ailə və şəxs sərvətlərinin ən azı yarısını xeyriyyəçiliyə verməyə söz verib. Onlar bu qərarı bu gün tanınmış investor Uorren Baffet ə Microsoft şirkətinin təsisçisi Bil Geytsin başladığı kampaniya çərçivəsində veriblər. Baffet və Geyts “Vəd Vermək” (“Giving Pledge”) kampaniyasına iyun ayında başlayaraq, zəngin amerikalıların öz sərvətlərini yaşadıqları müddət, ya da öləndən sonra xeyriyyəçiliyə verməyə əmin etməyə çalışırlar. Baffet 40 vədi gözəl başlanğıc adlandırıb. Vədə qoşulanlar arasında Nyu York şəhərinin meri Maykl Blumberq, media moğul Ted Törner, neft maqnatı T.Boone Pickens və “Ulduz Müharibələri” filminin quruluşçu rejissoru Corc Lukas var.

XS
SM
MD
LG