Accessibility links

ABŞ və Çin Yellenin Çinə səfəri çərçivəsində iqtisadi məsələləri müzakirə ediblər


Canet Yellen.
Canet Yellen.

ABŞ Maliyyə Departamentinin şənbə günü yaydığı bəyanata əsasən, Birləşmiş Ştatlar və Çin danışıq aparmağa və diqqəti bir sıra məsələlərə – o cümlədən Amerikanın Çinin iqtisadi modeli ilə bağlı şikayətləri, daxili və qlobal iqtisadiyyatlarda artım və çirkli pulların yuyulması ilə mübarizə səylərinə yönəldən iki iqtisadi qrup yaratmağa razılaşıblar.

Bu razılıq ABŞ maliyyə naziri Canet Yellenin Çinə rəsmi səfərinin ikinci gününə təsadüf edib. Səfər zamanı o, Çin liderlərini daxili istehsal siyasətlərini dəyişməyə çağırıb.

Tərəflər daha balanslı iqtisadi artımın inkişaf etdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə üzrə “intensiv mübadilələr” aparmağa hazırlaşır.

Yellen deyib ki, bu səylər Pekin və Vaşinqtonun görüş mübadiləsi aparmaq və Çin sənayə imkanlarının həddindən artıq olması, tələb olunandan daha çox məhsul istehsal etmək bacarığı məsələlərini həll etmək üçün struktur yaradacaq.

“Zənnimcə çinlilər bizim onların sənaye strategiyalarının Birləşmiş Ştatlara təsirlərindən, bizim bazarlarımızı Amerika şirkətlərinin rəqabət aparmasını çətinləşdirəcək qədər çox ixracla doldurmaq potensialından nə qədər narahat olduğumuzu dərk edirlər,” o, şənbə günü açıqlamadan sonra jurnalistlərə deyib.

Yellen beş günlük səfərinə cənubda yerləşən və Çinin əsas istehsal və ixrac mərkəzi olan Quanju şəhərinə başlayandan sonra Pekinə yola düşüb.

Yellen deyib ki, Çinin sənayə imkanlarının həddindən artıq olması məsələsi dərhal həll olunmasa da, Çin rəsmiləri bunun amerikalılar üçün “vacib məsələ” olduğunu anlayır və onun Çinin baş naziri He Lifenqlə mübadilələri makroiqtisadi disbalansı və onların həddindən artıq istehsal gücü ilə əlaqəsi ətrafında müzakirələri asanlaşdıracaq.

Çinin dövlət Xinhua xəbər agentliyi xəbər verir ki, Çin rəsmiləri amerikalıların qaldırdığı imkanlarının həddindən artıq olması məsələsinə “hərtərəfli cavab verib”. “Hər iki tərəf əlaqə saxlamağa davam etmək barədə razılığa gəlib,” rəsmi açıqlamada deyilir.

Açıqlama Yellen Pekini ticarət praktikalarında islahat görməyə və ABŞ-la “sağlam iqtisadi münasibət” qurmağa çağırandan bir gün sonraya təsadüf edib. O həmçinin Çinin dövlət mediasının Vaşinqtonun ABŞ şirkətlərini qorumaq üçün daha qoruyucu siyasət yürütməyi nəzərədən keçirməli olduğuna dair xəbərdarlığından sonraya təsadüf edir.

Bəzi analitiklər deyir ki bu açıqlama Yellenin ABŞ və Çinin ABŞ Prezidenti Co Bayden və Çin lideri Şi Tsinpinin ötən noyabrda San Fransisko sammitində razılıq əldə etdiyi sahələrdə əməkdaşlığını davam etdirmə səylərini əks etdirir.

“Şi noyabrda Baydenlə görüşəndə, onlar işçi qrupları yaratmağa razılaşdı, ona görə də Yellen bu görüşlə onu irəlilətməyə çalışır,” Montana Universitetinin Mansfild Mərkəzində Çinlə münasibətlər fakültəsinin direktoru Dekster Roberts deyir.

Roberts bu açıqlamanı müsbət irəliləyiş adlandırsa da, Pekin və Vaşinqtonun Yellenin səfəri zamanı mübahisəli ticarətlə bağlı razılıq əldə edəcəklərini düşünmür.

Forum

XS
SM
MD
LG