Accessibility links

ABŞ Çin höküməti və rəsmilərinə viza məhdudiyyətləri qoyur


ABŞ Çinin Sincan əyalətindəki müsəlman etnik azlıq olan uyğurların saxlanması və ya istismarının məsuliyyətini daşıyan Çin hökuməti və Kommunist Partiyası rəsmilərinə viza məhdudiyyətləri tətbiq edib.

Siyahıdakı qruplara ABŞ hökumətinin icazəsi olmadan ABŞ şirkətlərindən müxtəlif yüksək texnoloji hissələr və komponentlər almaq qadağan edilib.

Pekin Tramp administrasiyasının bu addımının Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

“ABŞ-ı səhvlərini dərhal düzəltməyə, müvafiq qərarları geri götürməyə və Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq. Çin suverenlik, təhlükəsizlik və inkişaf maraqlarını qorumaq üçün qətiyyətli və güclü tədbirlər görəcək", Çin Xarici İşlər Naziriliyinin spikeri Qenq Şuanq deyib.

Bu arada Vaşinqton qara siyahının genişlənməsinin qarşıdakı ticarət danışıqları ilə əlaqəsi olmadığını bildirsə də, Çin bundan o qədər də əmin deyil.

Şərhlərə bax

XS
SM
MD
LG