Accessibility links

ABŞ və Çin rəsmiləri stabil iqtisadi əlaqələrə ehtiyac olduğunu qeyd edib


ABŞ ticarət naziri Cina Raymondo
ABŞ ticarət naziri Cina Raymondo

ABŞ ticarət naziri Cina Raymondo bazar ertəsi Pekində keçirilən görüş zamanı çinli həmkarına Bayden administrasiyasının Çinlə sağlam rəqabətə çalışdığını deyib və "qaydalarla oynayan Çin iqtisadiyyatının böyüməsinin hər ikimizin maraqlarına uyğun" olduğunu bildirib.

Raymondo Çinin ticarət naziri Vanq Ventaoya deyib ki, ABŞ və Çin üçün "stabil iqtisadi əlaqələrin" olması vacibdir.

"Milli təhlükəsizlik məsələlərində güzəştə yer yoxdur", lakin ABŞ-Çin ticarətinin böyük hissəsi milli təhlükəsizliklə bağlı deyil" - deyə, Raymondo bildirib. "Mən qarşılıqlı maraqlarımıza uyğun olan sahələrdə ticarəti və investisiyaları təşviq etməyin tərəfdarıyam", o deyib.

Vanq bildirib ki, Çin "sabit və proqnozlaşdırıla bilən şəkildə ikitərəfli ticarəti və sərmayəni gücləndirmək məqsədilə bizneslərimiz arasında daha güclü əməkdaşlıq üçün daha əlverişli siyasi mühit yaratmaq üçün Birləşmiş Ştatlarla işləməyə hazırdır."

Vanq ABŞ-la Çin arasında iqtisadi əlaqələrin təkcə iki ölkə üçün deyil, həm də bütün dünya üçün vacib olduğunu vurğulayıb.

Forum

XS
SM
MD
LG