Accessibility links

Dövlət katibi Klinton Ekvadorda danışıqlar aparıb


Klinton dünən Limada Peru prezidenti Alan Qarsiya ilə görüşüb və Amerika dövlətləri təşkilatının iclasında iştirak edib

ABŞ Dövlət katibi Hillari Klinton Ekvador prezidenti ilə ABŞ-ın qərb yarımkürəsində siyasətini müzakirə etmək üçün bu ölkəyə səfər edir.

Klinton Kolumbiyaya yola düşməzdən əvvəl bir neçə saat Quitoda olacaq. Burada o, prezident Alvaro Uribe və prezidentliyə iki namizədlə görüşlər keçirəcək. Keçmiş Müdafiə naziri Xuan Manuel Santos və Boqota şəhərinin meri Antanas Mokus iyun ayının 20-də təkrar seçkilərdə qarşılaşacaq.

Klinton dünən Limada Peru prezidenti Alan Qarsiya ilə görüşüb və Amerika dövlətləri təşkilatının iclasında iştirak edib. Dövlət katibi Klinton səfərinə cümə axşamı Barbadosda Karib ölkələrinin liderlərilə görüşlə yekun vuracaq.

XS
SM
MD
LG