Accessibility links

ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatından narahatdır


Beynəlxalq Atom Enerjisi Agentliyinin bazar ertəsi İranın daha çox zənginləşdirilmiş uran əldə etdiyi ilə bağlı açıqladığı məxfi hesabatından sonra ABŞ Dövlət Departamenti İranın nüvə proqramından narahat olduğunu bildirib.

BMT-nin Nüvə Nəzarəti Təşkilatı hesabatında bildirib ki, İran zənginləşdirilmiş uranın miqdarını silah səviyyəsinə yaxın artırıb.

Associated Press-in tanış olduğu hesabatda İranın zənginləşdirilmiş uran tədarükü 2015-ci ildə Tehran və dünya gücləri arasında İranın nüvə proqramını məhdudlaşdırmaq üçün əldə edilmiş razılaşmadakı səviyyədən 30 dəfə çox olduğu bildirilib.

İranın zənginləşdirilmiş uran ehtiyatı 6201,3 kiloqram təşkil edir ki, bu da Beynəlxalq Atom Enerjisi Agentliyinin fevral ayındakı son hesabatından bu yana 675,8 kiloqram artıq deməkdir.

Dövlət Departamentinin sözçüsü Amerikanın Səsi-nin Fars Xidmətinə deyib ki, Birləşmiş Ştatlar Beynəlxalq Atom Enerjisi Agentliyinin "İranın təhlükəsizlik öhdəlikləri ilə bağlı uzunmüddətli məsələlərin həllinə İranı cəlb etmək" üçün göstərdiyi geniş səyləri yüksək qiymətləndirir.

Rəsmi Vaşinqtonun BMT-nin nüvə nəzarəti orqanı və Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Grossinin səylərini tam dəstəklədiyini bildirib.

Qrossi keçən ay İran istədiyi təqdirdə "bir neçə" nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malik olduğu barədə xəbərdarlıq edib.

O, aprel ayında Sky News-a "[İranda] yoxlamanın səviyyəsi bizə lazım olan səviyyədə deyil" deyib.

İran rəsmiləri atom silahı əldə edə biləcəyi ilə hədələyib. İran nüvə proqramının dinc xarakter daşıdığını bəyan edib.

BMT və İran İslam Respublikası hələ 2023-cü il sazişi - nüvə proqramının təftişinin genişləndirilməsi ilə bağlı razılıq əldə etməyib.

Hesabatda deyilib ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin ən təcrübəli nüvə müfəttişlərinin İranın nüvə obyektlərinin təftişinə mane olmaq üçün sentyabr qərarını yenidən nəzərdən keçirməyib və əlavə edilib ki, o, İrandan bunu "agentlik və İran arasında davam edən məsləhətləşmələr kontekstində edəcəyini" gözləyir.

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında gərginlik ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə dünya gücləri ilə Tehranın imzaladığı nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra artıb.

Forum

XS
SM
MD
LG