Accessibility links

ABŞ müdafiə naziri Asiya Təhlükəsizlik Sammitində Çinlə dialoqa çağırıb


Lloy Austin. Sinqapur. 3 iyun, 2023.
Lloy Austin. Sinqapur. 3 iyun, 2023.

ABŞ Müdafiə naziri Lloyd Austin şənbə günü Çini iki qüdrətli ölkə arasında kommunikasiya xətlərini açıq saxlamağa çağırıb.

Sinqapurda Asiyanın əsas təhlükəsizlik samitti olan Şanqri La Dialoqda çıxış edən Lloyd Austin deyib ki, “Mən Çin Xalq Respublikasının bizim iki ordumuz arasında böhranı idarə etmək üçün daha yaxşı mexanizmlər üzərində daha ciddi şəkildə işləmək istəməməsindən dərin naharatlıq hissi keçirirəm.”

Austin deyib ki, iki ölkə arasında kommunikasiyanın davam etməsi münaqişəyə gətirib çıxara biləcək yanlış hesablamaların qarşısnı almaq üçün mühümdür.

“Biz münaqişə və ya qarşıdurma istəmirik,” Austin sammitdəki çıxışında deyib. “Ancaq biz bullinq və ya məcburiyyət qarşısında ürkməyəcəyik,” o əlavə edib.

Çinin milli müdafiə naziri Li Şanqfu Austinin bu həftə sammitdə görüşmək tələbini rədd edib. Ancaq ikili cümə günü sammitdə əl sıxışıblar. Pentaqon iki müdafiə rəsmisi arasında “əsaslı bir söz mübadiləsinin” olmadığını bildirib.

ABŞ və Çinin üzərində razılaşmadığı bir neçə məsələ var ki, onlar arasında Cənubi Çin Dənizi və ABŞ döyüş təyyarəsinin Birləşmiş Ştatlar üzərində uçan casus olduğu deyilən şar var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG