Accessibility links

Obama: Çak Heygel bizim silahlı qüvvələrimizin layiq olduğu bir liderdir


Obama keçmiş senator Heygeli Müdafiə naziri vəzifəsinə nominasiya edib

ABŞ prezidenti Barak Obama keçmiş senator Çak Heygeli Müdafiə naziri vəzifəsinə nominasiya edib.

Cənab Obama Çak Heygeli “bizim silahlı qüvvələrimizin layiq olduğu bir lider” adlandırıb. O, Nebraska ştatından keçmiş senatorun Vaşinqtonda böyük ehtiyac duyulan bitərəf mövqeyini xüsusi qeyd edib və onun hətta populyar olmadığı vaxtlarda belə öz fikrini bildirməkdən çəkinmədiyini vurğulayıb.

Nüfuzlu respublikaçılar 66 yaşlı Heygelin İsrail və İranla bağlı mövqeyinə xüsusi diqqət yetirməklə onun ciddi təsdiqlənmə prosesi ilə qarşılaşacağını bildiriblər.

Heygel İrana qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqinə qarşı çıxıb. Qanunvericilər eyni zamanda onun İsraillə bağlı mövqeyi ilə əlaqədar da suallar qaldırır.

CNN televiziyasına müsahibə zamanı senator Lindsi Qraham Heygelin mübahisəli bir seçim olduğunu deyib.

Senatda respublikaçı azlığın lideri Mitç Makkonnel Çak Heygelin dinləmələrinin ədalətli keçəcəyini deyib. Senat prezidentin seçdiyi namizədi təsdiq etməlidir.

Vyetnam müharibəsinin veteranı olan Çak Heygel ABŞ-ın İraqda hərbi əməliyyatları əleyhinə çıxış edib. O, 2009-cu ilə qədər iki müddət senator kimi xidmət edib.
XS
SM
MD
LG