Accessibility links

ABŞ Cənubi Koreya və Yaponiya ilə ayrı-ayrılıqda keçirdiyi təlimlər üçün B-1B bombardmançıları göndərib


ABŞ Hava Qüvvələrinin B-1B bombardmançıları, F-16 döyüş təyyarələri və Cənubi Koreya Hava Qüvvələrinin F-35A təyyarələri birgə təlimlərdə iştirak edir.
ABŞ Hava Qüvvələrinin B-1B bombardmançıları, F-16 döyüş təyyarələri və Cənubi Koreya Hava Qüvvələrinin F-35A təyyarələri birgə təlimlərdə iştirak edir.

Birləşmiş Ştatlar çərşənbə günü ayrı-ayrılıqda Cənubi Koreya və Yaponiyaya birgə təlimlər üçün B1-1 bombardmançıları göndərib. Bu, üç müttəfiq Şimali Koreyadan gələn təhdidlərə cavab tədbirlərini artırdıqları bir vaxta təsadüf edir.

ABŞ-a məxsus B1-B Ulçi Azadlıq Qalxanı təlimləri çərçivəsində Cənubi Koreyanın FA-50 təyyarələri ilə birgə uçub. Bu barədə Cənubi Koreyanın müdafiə nazirliyi məlumat verib. Bu, amerikalı bombardmançının bu il 10-cu belə uçuşudur.

Şimali Koreya müntəzəm olaraq hər il keçirilən hərbi təlimləri müharibə üçün məşq adlandıraraq qınayır. Müttəfiqlər isə təlimlər müdafiə məqsədi daşıdığını vurğulayıb.

Bununla yanaşı Yaponiya müdafiə nazirliyinin məlumatına görə, ABŞ Hava Qüvvələrinə məxssus B1-B Yaponiyanın 12 döyüş təyyarəsi, o cümlədən dörd F-15 təyyarəsi ilə təlimdə iştirak edib.

ABŞ-ın başçılığı ilə keçirilən təlimlər Şimali Koreyanının fəzaya peyk göndərmək cəhdinin uğursuz nəticələnməsindən sonraya təsadüf edir.

ABŞ və Cənubi Koreya Ulçi Azadlıq Qalxanı təlimlərinə bu həftə başlayıb. Bu, onların Pxenyanın nüvə və raket təhdidlərinə cavablarını gücləndirmək məqsədi daşıyan birgə genişmiqyaslı hərbi təlimdir. Təlimlərin ikinci hissəsi bazar ertəsi başlayacaq.

Cənubi Koreya müdafiə nazirliyi açıqlamasında bildirib ki, müttəfiqlər çərşənbə günü keçirilən təlimləri Şimali Koreyanın bu yaxınlarda kosmosa raket göndərmək cəhdi fonunda “uzadılmış çəkindirmə” və “güclü vahid müdafiə mövqeyinin” nümayişi adlandırıb.

Tokionun müdafiə nazirliyi bildirib ki, ABŞ və Yaponiyanın çərşənbə günü Yaponiya dənizi üzərində keçirdiyi birgə hava təlimləri bu iki ordununu Şimali Koreyanın balistik raket sınaqları fonunda “istənilən vəziyyətə cavab verməyə hazır olduğunu” göstərir.

Yaponiya həmçinin çərşənbə axşamı ABŞ və Cənubi Koreya ilə hərbi dəniz qüvvələrinin üçtərəfli raket əleyhinə müdafiə təlimində iştirak edib.

Şimali Koreya lideri Kim Conq Un çərşənbə axşamı Hərbi Dəniz Donanması gününü qeyd edərkən avqustun 18-də Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya arasında Kemp Deviddə keçirilən sammitə istinad edərək ABŞ və müttəfiqlərini nüvə müharibəsi riskini artırmaqda ittiham edib.

Forum

XS
SM
MD
LG