Accessibility links

Barak Obama prezident Mübarəki hakimiyyətin keçidi prosesinə başlamağa çağırıb

Anti-government protesters celebrate in Tahrir Square in downtown Cairo, Egypt Thursday, Feb. 10, 2011. Egypt's military announced on national television it had stepped in to secure the country and promised protesters calling for President Hosni Mubarak's

ABŞ Misirdə baş verənləri diqqətlə izləyir. Prezident Obama söyləyib ki, bu iğtişaşlar anı fürsətlər anına çevrilməlidir. Obama Mübarək tərəfdarları ilə nümajişçilər arasında zorakılıqları pisləyib.

ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlar Misirdə nəyin baş verəcəyini gözləyir. Cənab Obama bu açıqlamaları Miçiqan ştatında verib. Ağ Evin mətbuat katibi deyib ki, administrasiya rəsmiləri olduqca dəyişkən vəziyyəti diqqətlə izləyir. Gibbsin sözlərinə görə, Birləşmiş Ştatlar Misirdə azad və ədalətli seçkilər üçün keçidin olmasını gözləyir. O, Misir xalqının böyük dəyikşikliklər gözlədiyini bildirib.

Obama Mübarək tərəfdarları ilə nümajişçilər arasında zorakılıqları pisləyib. Bundan öncə ABŞ prezidenti Barak Obama Misir prezidenti Hüsnü Mübarəki dərhal hakimiyyətin keçidi prosesinə başlamağa çağırıb. Cənab Obama deyib ki, Misrin gələcəyi Misir xalqı tərəfindən müəyyən edilməlidir. Onun sözlərinə görə, dünya Misirdə baş verən hadisələri izləyir və hazırkı vəziyyət bir imkana çevriləmlidir.

XS
SM
MD
LG