Accessibility links

ABŞ prezidenti respublikaçı və demokrat liderləri Ağ Evə dəvət edir


ABŞ prezidenti respublikaçı və demokrat liderləri Ağ Evə dəvət edir
ABŞ prezidenti respublikaçı və demokrat liderləri Ağ Evə dəvət edir

ABŞ prezidenti Barak Obama Konqres seçkilərində Respublikaçıların Nümayəndələr Palatasında əksəriyyət əldə etməsindən sonra başlıca məsələlərlə bağlı birgə iş aparçaq yollarını müzakirə etmək üçün Konqresdə Respublikaçılar və Demokratların liderlərini Ağ Evə dəvət edir. Bu gün Kabinet üzvlərilə görüşdən sonra danışan cənab Obama deyib ki, o, Respublikaçıların liderləri, Senatda azlığın lideri Mitç Makkonnell və konqresmen Con Beyneri Demokratların lideir Harri Rid və Nümayəndələr Palatasının spikeri Nensi Pelozi ilə görüşmək üçün noyabrın 18-də Ağ Evə dəvət edib. Beyner yanvar ayında Konqres yeni tərkibdə iş başlayan zaman Nümayəndələr Palatasının spikeri olacaq. Cənab Obama deyib ki, görüşün diqqət mərkəzində təcili həll edilməli olan iqtisadi məsələlər olacaq.

XS
SM
MD
LG