Accessibility links

ABŞ hökumətinin qismən bağlanmasının altıncı günüdür


Cümə axşamı Birləşmiş Ştatlar hökumətinin qismən bağlanmasının altıncı günüdür və prezident Donald Trumpın fikrincə buna son qoyulması üçün Konqres təzyiqlər altında olacaq.

Hökümət prezident Donald Trampın ABŞ-Meksika sərhədində divar inşa etmək üçün $5 milyard tələb etməsi və Demokrat Partiyasının liderlərinin bunun əvəzində digər sərhəd təhlükəsizliyi xərclərinə $1,3 dollar ayrılmasını təklif etməsindən sonra bağlanıb.

Tramp hökumətin bağlanması ilə bağlı cümə axşamı ABŞ hərbi qüvvələri ilə görüşmək üçün Almaniyaya səfərindən öncə danışıb.

Bu arada o, hərbçilərlə görüşmək üçün çərşənbə günü İraqa gözlənilməz səfər edib.

Belə görünür Tramp demokratların hökumətin bağlanmasına son qoyacağını düşünür.

Konqresin demokrat liderləri isə Trampın hökumətin bağlanmasını istədiyini, lakin bunun altından necə çıxacağını bilmədiyini deyir.

Hər iki partiya üzvlərinin cümə axşamı Konqresə dönəcəklərinə baxmayaraq, millət vəkillərinin maliyyə ilə bağlı hansısa qərar verdikləri barədə heç bir məlumat yoxdur.

XS
SM
MD
LG