Accessibility links

İran yeni danışıqlardan əvvəl ABŞ-dan nüvə sazişinə əməl etməsini istəyir


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, ABŞ danışıqlar aparmaq istəyirsə, sanksiyaların götürülməsi müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıran 2015-ci ildə müqaviləsinə əməl etməlidir.

Cümə axşamı Malayziyaya səfəri zamanı çıxış edən Zərif ABŞ-ı "İran xalqına qarşı iqtisadi terrorizmlə məşğul olmaqda" günahlandırıb.

“İran xalqına qarşı müharibə tətbiq etməyi, iqtisadi terrorla məşğul olmağı dayandırmasa, ABŞ-la əlaqə qura bilməyəcəyik. Biz ABŞ-la danışdıq. Amerika Birləşmiş Ştatları ilə uzun-uzadı danışdıq. Biz razlılıq əldə etdik və onlar daha artıq danışıqlar aparmaqdan əvvəl əldə etdiyimiz razılaşmanı həyata keçirməlidir”, deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Zərif diqqəti prezident Trampın ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Almaniya və Avropa Birliyinin İran ilə iki illik danışıqlardan sonra əldə etdiyi 2015-ci il sazişindən çıxmaq qərarına çəkib.

Tramp nüvə sazişini kəskin tənqid edərək, bunun İran üçün çox yumşaq olduğunu və nüvə silahının inkişafına üçün potensial yol açdığını söyləyib.

İran dəfələrlə nüvə proqramının yalnız dinc məqsədlər üçün olduğunu bildirib.

İran prezidenti Həsən Ruhani yeni danışıqların baş tutacağı təqdirdə, Trampın "ilk addım atmalı" və İrana qarşı iqtisadi sanksiyaları qaldırmalı olduğunu söyləyib.

XS
SM
MD
LG