ABŞ müdafiə rəsmilərindən Amerikanın Səsinə daxil olan məlumata görə, dünən ABŞ hərbi gəmisi Hörmüz körfəzi yaxınlığında İran gəmilərinə 3 xəbərdarlıq atəşi açıb.
"İran İslam İnqilab Qvardiyası Korpusunun dörd gəmisi Hörmüz körfəzində "yüksək sürətlə" USS Mahan gəmisinin düz üzərinə gedirdi". Bunu adının açıqlanmasını istəməyən müdafiə rəsmisi bildirib.
Atəşdən dərhal sonra İranın kiçik gəmiləri dayanıb və ABŞ gəmisi marşrutu üzrə yoluna davam edib.ABŞ müdafiə rəsmisi
"Gəmi heyəti dəfələrlə ABŞ Dəniz Donanmasının tərkib hissəsi olduğunu, qarşıdan gələn gəminin dərhal istiqamətini dəyişməsini, əks təqdirdə müdafiə ölçüləri atmaq məcburiyyətində qalacaqlarını bildirib" - deyə müdafiə rəsmisi söyləyib.
İran gəmisi sürətin azaldılması barədə radio tələbə cavab verməyəndən sonra USS Mahan atəş açıb.
"Atəşdən dərhal sonra İranın kiçik gəmiləri dayanıb və ABŞ gəmisi marşrutu üzrə yoluna davam edib" - deyə müdafiə rəsmisi bildirir.
Bizim komandirlərimizin özlərini müdafiə üçün addım atmaq öhdəlikləri var. Gəmilərin belə təhlükəli və qeyri-peşəkar hərəkəti eskalasiya riski yaradır və belə addımların düzgün gəmiçilik fəaliyyəti ilə asanlıqla qarşısı alına bilər.ABŞ müdafiə rəsmisi
Müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, ABŞ İranı və bütün ölkələri beynəlxalq dəniz qanunlarına, standart və normalarına riayət etməyə çağırır.
"Bizim komandirlərimizin özlərini müdafiə üçün addım atmaq öhdəlikləri var. Gəmilərin belə təhlükəli və qeyri-peşəkar hərəkəti eskalasiya riski yaradır və belə addımların düzgün gəmiçilik fəaliyyəti ilə asanlıqla qarşısı alına bilər" - deyə rəsmi bildirib.