İraq hökuməti İslamçı hökumət qurmağa çalışan militantların nəzarətində olan əraziləri geri qaytarmağa cəhd etdiyi bir vaxt, ABŞ ordusunda xidmət etmiş İraq müharibəsinin bəzi veteranları orada yaşananları xatırlayır.
Qırmızı, ağ və göy rəngli bayrağın qaldırıldığı İlinoysun Paris şəhəri vətənpərvərliyi ilə tanınır. Amerika legion komandiri Tom Noel bunun 2003-cü ildə, İraq müharibəsi başlayanda olduğuna bənzədiyini deyir.
“Hər yerdə olduğu kimi, burada da dərhal bayraqların satışı çoxaldı. Hər yanda bayraqlar ucaldı,” deyə veteran Tom Noel bildirir.
Noel deyir ki, vətənpərvərlik hissi və əhvali-ruhiyyə 2004-cü ildə İllinoysun Milli Qvardiyasında ölənlərin sayının artdığını eşidəndə dəyişdi:
“Beşi elə bizim qərargahdan, qonşu qapıdan, hamısı bir yerdə. Bu doğrudan da dəhşət idi.”
Nəqliyyat şirkətinin1544-cü alayından çavuş Jeremy Deters hələ də alayda xidmət edir. Jeremynin 8 illik müharibədəki həyatı ona baha başa gəldi. 2004-cü ildə Bağdad yaxınlığındakı hücum zamanı, İllinoys Milli Qvardiyasının ilk qadın əsgəri Şauna Morrison da olmaqla dörd dostunu itirdi.
“Sən bununla qarşılaşırsan, və o səni heç vaxt tərk etmir,” deyə Şauna bildirir.
İraq müharibəsi veteranı Kristofer Skinner deyir ki, o, "silahdaşları, dostları, qardaşları" haqda hər gün düşünür.
Kristofer Skinner hazirda İŞİD militantlarının nəzarətində olan Mosul yaxınlığında qulluq edib.
“Hazırda nələr baş verdiyini eşidəndə düşünürsən ki, əsgərlərimiz oralarda canlarından nahaq yerə keçiblər. Digər tərəfdən belə məqamlarda uğrunda vuruşduğun azadlığın qədrini bilirsən. Anlayırsan ki, azad olmaq nə cür nemətdir."
Hərbi dəniz Donanması çavuşu Maykl Helmstad son zamanlar ciddi məğlubiyyətə uğrayan İraq Milli Ordusu əsgərlərinə təlim vermək üçün regiona üç dəfə göndərilib.
“Onların məğlub olmalarını, mənim təlim verdiyim oğlanlardan bəzilərinin öldüyünü düşünmək ağır gəlir.”
Artıq İraqda iki dönəm xidmət etmiş çavuş Deters keçmişə baxmağı sevmir. O, deyir ki, indi missiya baş verənlərdən dərslər öyrənmək və bu dərsləri gələcək nəslə ötürməkdir.
Tom Noel hesab edir ki, əgər yenidən müharibəyə çağrılarlarsa, onları xidmətlərinə görə minnətdar olan şəhərlər gözləyəcək.
Veteranlar üçün İraq müharibəsinin gündəlik xatirəsi kimi Amerika Alayı zalı müharibədə həlak olmuş Şauna Morrisonun adını daşıyır.

Hazırda nələr baş verdiyini eşidəndə düşünürsən ki, əsgərlərimiz oralarda canlarından nahaq yerə keçiblər. Digər tərəfdən belə məqamlarda uğrunda vuruşduğun azadlığın qədrini bilirsən. Anlayırsan ki, azad olmaq nə cür nemətdir.Kristofer Skinner, veteran