Accessibility links

ABŞ kürdlərin Kongra-Gel qrupuna qarşı narkotik alveri ilə bağlı sanksiyalar tətbiq edib


ABŞ-ın Maliyyə nazirliyinin binası
ABŞ-ın Maliyyə nazirliyinin binası

Birləşmiş Ştatlar kürd separatçılarının Kongra-Gel qrupunun başçılarına qarşı narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar sanksiyalar tətbiq edib. Bununla artıq terrorçu qrupların siyahısında olan təşkilata daha çox məhdudiyyətlər tətbiq edilir. ABŞ-ın Maliyyə nazirliyi bildirir ki, əvvəllər Kürdüstan Fənlə partiyası kimi tanınan Kongra-Gel Avropada narkotiklərin istehsalı, nəqli və daşınması ilə məşğul olur. Maliyyə nazirliyi bundan əldə edilən gəlirlərin silah alınmasına sərf edildiyini bildirir. Qrupun siyahıya salınmış liderləri Cemil Bayik, Duran Kalkan, Remzi Kartal, Sabri Ok və Adem Uzundur. Sanksiyalar bu beş şəxsin hesablarının dondurulması və amerikalıların onlarla biznes əlaqələri qurmasına qadağanı əhatə edir. ABŞ-ın Maliyyə nazirliyinin rəsmiləri bildirir ki, sanksiyaların məqsədi təşkilatı və onun terror fəaliyyətlərini ürəyindən vurmaqdır.

XS
SM
MD
LG