Accessibility links

Prezident Obama silahlı hücum zamanı həlak olanların xatirəsini anmaq üçün Arizonaya səfər edib


Prezident Obama silahlı hücum zamanı həlak olanların xatirəsini anmaq üçün Arizonaya səfər edib
Prezident Obama silahlı hücum zamanı həlak olanların xatirəsini anmaq üçün Arizonaya səfər edib

ABŞ prezidenti Barak Obama Tuson şəhərində qətlə yetirilən 6 nəfərin xatirə mərasiminə qatılmaq üçün bu gün Arizonaya səfər edir.

Hadisə zamanı ABŞ-ın Nümayəndələr Palatasının üzvü Qabriel Giffords da daxil olmaqla 13 nəfər yaralanıb. Dünən ittiham olunan şəxsin ailə üzvləri baş verənləri çox pis hadisə adlandırıb. 22 yaşlı Cerid Lofnerin ailəsi bildirib ki, onlar hadisə qurbanlarına görə təəssüf hissi keçirir və qurbanların ailələrinin kədərini bölüşür. Şübhəlinin ailəsi hadisənin nə üçün baş verdiyini anlamadığını və öz hisslərini ifadə etmək üçün söz tapa bilmədiyini deyib. Giffordsun həkimlərinin məlumatına görə, Konqres üzvünün özünün nəfəs alması və zəif reaksiyalar verməsi onları ruhlandırıb.

Bu arada, ABŞ Konqresinin Nümayəndələr Palatası Arizonada silalı hücumu qınayıb. Nümayəndələr Patasının spikeri Con Beynerin təqdim etdiyi qətnamədə hadisə qurbanlarının xatirəsi anılır, atışma zamanı ABŞ Konqresinin üzvü Qabriyel Giffords və yaralanan başqa şəxslərin tezliklə sağalması ilə bağlı ümidlər ifadə edilib.

XS
SM
MD
LG