Accessibility links

2017-ci ildə ABŞ silah zorakılığına görə rekord əldə edib [Video]


2017-ci ildə ABŞ silah zorakılığına görə rekord əldə edib
please wait

No media source currently available

0:00 0:02:06 0:00

İl ərzində 60 min insident, 15 min qətl qeydə alınıb. Növbəti reportajda ilin ən qanlı hadisələri nəzərdən keçirilir.

Oktyabrın 1-i Las Veqasda ABŞ tarixində ən ölümcül hücum baş verib. Hücumçu Stefen Paddok mehmanxana nömrəsindən 22 min adamın qatıldığı konserti hədəf alıb. 60 nəfər ölüb, yazlərlə insan yaralanıb. Huquq-mühafizə orqanları Paddokun heç bir polis rekordu nə də terrorçularla əlaqəsi olduğunu bildirib. Nevada şerifi Co Lombardo: “Biz federal, yerli və ştatların məlumat bazalarını araşdırdıq. Bu şəxslə bağlı heç nə əldə etmədik.”

Təqribən bir ay sonra silahlı bir şəxs təkbaşına Texasın kilsəsini hədəf alıb. 26 nəfəri öldürüb, 20 nəfəri yaralyıb. Polis onun bacardığı qədər çox insanı öldürmək niyyətində olduğunu bildirib. “Bu dəhşətli səhnəni izah edəcək bir kəlmə belə yoxdur” deyə, Federal Kəşfiyyat İdarəsindən Kristofer Kombz bildirir.

Rozen Solis hücum zamanı qolundan güllə yarası alsa da baş verənləri çox yaxşı xatırlayır. Hadisə 7 dəqiqə sürüb. Texas atışması qurbanı Rozen Solis: “Mən qan içərisində cəsədlər gördüm. Bunlara gizləndiyim yerdən çıxa bilmədiyim üçün şahid oldum.”

Little Rock şəhərinin polis rəsisi Kenton Bokner: “Çoxsaylı insan xəsarət alıb.”

Digər bir hücum Arkanzasın Littl Rok şəhərində iyul ayının 1-də həyata keçirilib. Nəticədə 28 insan həyatını itirib.

İyunun 14-də qanunverici Stiv Skaliz və digər 3 nəfər baysbol oyunu zamanı güllərələ tuş gəlib. Luizianadan olan respublikaçı konqresmen budundan ağır yaralansa da müalicədən sonra işinə qayıdıb. "Allah sizin hər birinizi qorusun. Allah Amerikanı qorusun”.

Silah zorakılıqları arxivi kütləvi tək və ya çoxsaylı hücumlar zamanı hücumçudan başqa 4 və ya daha artıq insanın yaralandığı və ya öldürüldüyünü bildirir. Belə hadisələr 2017-ci ildə 340 dəfədən çox qeydə alınıb.

XS
SM
MD
LG