Accessibility links

ABŞ-ın hərbi helikopterinin Texasda qəzaya uğraması nəticəsində 3 nəfər ölüb


Helicopter Crash Texas
Helicopter Crash Texas

ABŞ ordusunun məlumatına görə, cümə günü ABŞ-ın Meksika ilə sərhədində patrul çəkən helikopter qəzaya uğrayıb, nəticədə Milli Qvardiyanın iki əsgəri və ABŞ Sərhəd Patrul xidmətinin bir əməkdaşı həlak olub.

ABŞ-ın Birgə Şimal Əməliyyat Qrupu bildirib ki, cənub-qərb sahil dəstək missiyasına "UH-72 Lakot"a təyin edilmiş helikopter Texasın Rio Qrande şəhəri yaxınlığında aviasiya əməliyyatı həyata keçirərkən yerli vaxtla gündüz saat 2:50-də qəzaya uğrayıb.

Birgə Şimal Əməliyyat Qrupunn bəyanatında deyilir ki, bir başqa əsgər yaralanıb. Bəyanatda bildirilir ki, qurbanların adları, onların yaxınları müəyyən edilməyənədək açıqlanmayacaq. Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.

The Associated Press mahal rəsmisinə istinad edərək bildirib ki, helikopterdə bir qadın və üç kişi olub. Məlumatda deyilir ki, xəsarət alan şəxsi vəziyyəti kritikdir.

Birgə Şimal Əməliyyat Qrupu Texasın Fort Bliss şəhərində qərargahlanıb və Müdafiə Nazirliyi nəzdində Milli Qvardiya bölmələri ilə Gömrük və Sərhəd Mühafizəsini dəstəkləyən əməliyyatdır.

Forum

XS
SM
MD
LG