Accessibility links

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb


ABŞ Ukraynaya 425 milyon dollarlıq əlavə hərbi yardım paketi ayırır. Bu barədə məlumat cümə günü açıqlana bilər.

Bu barədə Amerikanın Səsinə iki ABŞ hökumət rəsmisi məlumat verib.

Anonimlik şərti ilə Amerikanın Səsinə danışan rəsmilərin dediyinə görə, Pentaqon prezidentin "silahların müsadirəsi" səlahiyyətindən istifadə edərək, öz anbarından Kyivə 125 milyon dollara qədər silah göndərəcək.

Bu, 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri Ukrayna üçün prezident tərəfindən icazə verilən 50-ci silah müsadirəsidir.

Paketə çox sayda "HIMARS" buraxılış sistemləri üçün "GMLRS" raketləri, "NASAMS" yer-hava raket sistemləri üçün döyüş sursatları, 105 və 155 millimetr çaplı mərmilər, 12 ağır yük maşını, eləcə də qış döyüşləri üçün soyuq hava avadanlığı da olmaqla, digər avadanlıqlar daxildir.

Bundan əlavə, cümə günü elan edilıməsi gözlənilən paketə Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü-ndən (USAI) dronların məhv edilməsində istifadə olunan lazerlə idarə sursatları üçün 300 milyon dollara qədər vəsaiti daxil ediləcək.

Forum

XS
SM
MD
LG