Accessibility links

Tramp Şimali Koreya lideri ilə yeni zirvə görüşü planlaşdırır


Tramp Şimali Koreya lideri ilə yeni zirvə görüşü planlaşdırır
please wait

No media source currently available

0:00 0:02:08 0:00

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Cong Unla yaxın zamanda ikinci zirvə toplantısı təşkil edəcəyini bildirib. Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasının işində iştirak edən ABŞ dövlət katibi Mayk Pompeo görüş üçün şəraitin doğru olmadığını deyən müxbirin sualına cavab verərək, belə bir zirvə görüşün əslində əhəmiyyətli olacağını qeyd edib.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü BMT-də Cənubi Koreya prezidenti Mun Cae-in ilə ticarət razılaşması imzalamaq üçün görüşüb, amma Şimali Koreya da danışıqların əsas mövzularından biri olub. Tramp Mun və Şimali Koreya lideri Kim Conq Un arasında son sülh danışıqlarından razı qaldığını bildirib.

ABŞ president Donald Tramp, “Biz həmçinin böyük irəliləyişlərin olduğu Şimali Koreya haqda danışdıq. Ölkə başçısı Kim həqiqətən də çox açıq və səmimi idi. Onun dəyişikliklərin olmasını istədiyini düşünürəm. Buna görə düşünürəm ki, biz Şimali Koreya ilə münasibətdə çox yaxşı iş görmüşük.” deyib.

ABŞ dövlət katibi Mayk Pompeo jurnalistlərə prezidentin zirvə görüşünə hazırlıqlar məqsədilə yaxın zamanda Şimali Koreya paytaxtı Pxenyanı ziyarət etməyi planlaşdırdığını söyləyib, lakin onun tonunda ehtiyatlılıq hiss edilirdi.

Mayk Pompeo, “Mən bu ilin sonunadək ora səfər etməyi planlaşdırıram.” deyib.

Şimali Koreyanın liderinin iddialarına baxmayaraq, rəsmi Pxenyanın həqiqətən də nüvə arsenalının təhvil verilməsi istiqamətində kifayət qədər addım atmadığına inanılır. Pompeo detalların hazırlanmasından əvvəl Trampın yeni zirvə görüşünün təşkil edilməsini "gülünc" adlandıran jurnalistlərin suallarına cavab verib.

ABŞ dövlət katibi Mayk Pompeo deyib: “Yadınıza salın, biz illərdir bu məsələyə başqa cür yanaşmışıq və Şimali Koreya öz nüvə proqramına davam edib. Düzdür? Biz detallar üzərində işləməyə, addım-addım iş görməyə çalışdıq. Bunların hər biri uğursuz oldu. Bu məsələyə tam fərqli bir istiqamətdən yanaşırıq.”

Pompeo Şimali Koreya ilə danışıqların vəziyyəti və ya Şimali Koreyanın addımları haqda ətraflı məlumat verməkdən imtina edib. Ancaq o,Tramp və Kimin BMT-nin Təhlükəsizlik Şurasının tələb etdiyi istiqamətdə irəliləyişə nail olunması və Kimin verdyi vədlərə əməl etməsi üçün bir araya gəldiyini bildirib. Bu vədlər Şimali Koreyanın tam, təsdiq edilmiş və bir daha bərpası mümkü olmayan nüvəsizləşdirilməsidir.

XS
SM
MD
LG