ABŞ prezidenti Barak Obama prezidentliyə respublikaçı namizəd Mitt Romnini cümə axşamı günü nahar yeməyinə dəvət edib. Bu, cənab Obamanın bu ayın əvvvəli prezident seçkisindən sonra Massaçusets ştatının məğlub olmuş keçmiş qubernatoru ilə ilk görüşü olacaq.
Ağ Ev onların media üçün qapalı keçəcək özəl nahar yeməyi zamanı görüşəcəklərini bildirib.
Onların nahar yeməyində cənab Obama və ABŞ Konqresinin hökumət xərcləri və vergi məsələləri ətrafında razılığa gələ bilmədiyi halda ölkənin qarşılaşa biləcəyi maliyyə problemlərini müzakirə edəcəyi gözlənilir.
Cənab Obama noyabrın 14-də keçirdiyi mətbuat konfransı zamanı Romni ilə söhbət edib onun fikirlərilə tanış olmaq və onların bərabər işləyə biləcəklərinin mümkünlüyü haqda təsəvvür əldə etməyə çalışacağını deyib.
Cənab Obama Romnini 2002-ci ildə Uta ştatının Salt Leyk siti şəhərində Olimpiya oyunları zamanı gördüyü işlərə yüksək qiymət verdiyini deyib.