Accessibility links

Meksika körfəzində qasırğadan sonra neft axının nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir


Yeni qasırğa gəlməmiş əməliyyatların başa çatdırılması üçün əsas işlərin görüləcəyi gözlənilir

Meksika körfəzində qasırğadan sonra bu gün sakit hava şəraiti neft axınının nəticələrinin aradan qaldılması istiqamətində işlərinin davam etdirilməsinə imkan yaradıb.

Keçən həftə körfəz regionunda tropik qasırğaya görə BP rəsmiləri işçilərin evakuasiya edilməsi haqda göstəriş vermişdi. Bu, ilin əvvəlindən körfəz regionunda ən ciddi qasırğa idi və yeni qasırğa gəlməmiş əməliyyatların başa çatdırılması üçün əsas işlərin görüləcəyi gözlənilir.

Neft axınının aradan qaldılması istiqamətində işlərə rəhbərlik ABŞ rəsmisi, Körfəz Qvardiyasının admiral Ted Allen deyib ki, quyunun bağlanması üçün iki əsas prosedur aparılır.

XS
SM
MD
LG