Accessibility links

Pentaqon: ABŞ "Vaqner" qrupu ilə bağlı vəziyyəti diqqətlə izləməlidir


Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, həftə sonu "Vaqner" qrupu ilə bağlı yaranmış vəziyyət Rusiyanın daxili problemi olsa da, ABŞ rəhbərliyi bunu diqqətlə izləməlidir.

ABŞ müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli şənbə günü səhər prezident Co Bayden, vitse-prezident Kamala Harris və digər milli təhlükəsizlik rəsmiləri ilə birlikdə keçirilən brifinqdə iştirak edib. Brifinqdə Rusiyadakı vəziyyət müzakirə olunub.

"Şənbə günü nazir Ostin Pentaqonun yüksək rütbəli mülki və hərbi rəsmilərindən müntəzəm hesabatlar alıb. O, həmçinin Rusiya ilə bağlı məlumatları əsas müttəfiqləri və tərəfdaşları ilə müzakirə edib" - deyə, Rayder bildirib.

Rayder "Nazir ABŞ-ın bu hadisələrlə əlaqəsi olmadığını və "bu hadisələrə qarışmayacağını" açıq şəkildə bildirib" deyib.

"Danışıqlar zamanı nazir Ostin ABŞ-ın Ukraynaya dəstəyinin dəyişməz olaraq qalacağını bir daha təsdiqləyib. Və bu, "bizim diqqətimizdə qalacaq" - deyə, o əlavə edib.

Rayder "Vaqner"lə bağlı vəziyyətin Ukraynadakı döyüş meydanındakı vəziyyətə necə təsir etdiyini açıqlamayıb.

"Müharibə davam edir. Rusiyanın qeyri-qanuni işğalı davam edir. Biz bu faktları nəzərdən qaçırmayacağıq. Biz [Ukrayna] ilə yaxından işləmək niyyətindəyik ki, onları planlaşdırdıqları və başladıqları əməliyyatı həyata keçirmək üçün lazım olan qüvvə və imkanlarla təmin edək" deyib Rayder.

"Vaqner" qroupu Yaxın Şərq və Afrikada da fəaliyyət göstərir və Rayder onu çox təhlükəli təşkilat adlandırıb.

"Harada fəaliyyət göstərirlərsə, özləri ilə ölüm, dağıntı, hiylə, cinayət gətirirlər. Ona görə də Birləşmiş Ştatlar onları trans-milli cinayət təşkilatı elan edib və ABŞ hökuməti Afrikada da olmaqla, iştirakçılara və bu qrupla əməkdaşlıq edənlərə qarşı əhəmiyyətli sanksiyalar tətbiq edib" - deyə, sözçü bildirib.

XS
SM
MD
LG