Accessibility links

ABŞ Kremlin tələblərini rədd edib, Rusiya gərginliyin azalmasına dair "nikbinliyin az olduğunu" bildirib


Rusiya Birləşmiş Ştatların Moskvanın Ukraynanın həmişəlik NATO üzvlüyündən məhrum edilməsi və Qərbin qoşunlarını və silahlarını Rusiya ilə sərhəd bölüşən ölkələrdən geri çəkməsi tələbini rədd etməsinin ardından cümə axşamı bildirib ki, Şərqi Avropada gərginliyi azatmağına dair “nikbinlik çox az”dır.

Rusiya Xarici İşlər Naziri Sergey Şoyqu deyib ki, ABŞ-ın Rusiyanın tələblərinə cavabında “heç bir müsbət cavab” yoxdur, ancaq onun bəzi elementləri “ikinci dərəcəli məsələlərlə bağlı ciddi danışıqların başlamasına” gətirib çıxara bilər. ABŞ və onun Avropa müttəfiqləri Moskvanın əsas tələblərini rədd edib.

Kremlin baş diplomatı deyib ki, rəsmilər Prezident Vladimir Putinə təkiflər təqdim edəcək. Onun sözçüsü Dmitri Peskov deyib ki, Rusiyanın reaksiyası yaxında elan olunacaq. O əlavə edib ki, “dialoqun davam etdirilməsi üçün həmişə perspektivlər var. Bu həm bizim, həm də amerikalıların marağındadır.”

ABŞ və avropalı müttəfiqləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən qorxduqları üçün Rusiyanın Ukrayna sərhədində 100 mindən çox qoşun cəmləşdirməsinə etiraz etməyə davam edirlər, baxmayaraq ki, Moskva hücum etmək niyyətində olmadığını bildirir.

ABŞ Dövlət Katibi Antoni Blinken bildirib ki, Rusiyaya təqdim olunan sənədə “Birləşmiş Ştatlar və bizim müttəfiqlərimiz və tərəfdaşlarımızın Rusiyanın təhlükəsizliyə xələl gətirən əməlləri ilə bağlı narahatlıqları – Rusiyanın qaldırdığı narahatlıqların prisipial və praqmatik dəyərləndirməsi və bizim ortaq məxrəcə gələ biləcəyimiz məsələlərlə bağlı təkliflərimiz daxildir.”

ABŞ Prezidenti Co Bayden ABŞ-ın Ukraynaya qoşun göndərilməsini istisna etsə də, dəfərlərlə xəbərdarlıq edib ki, Rusiya sərhədi keçərək, Ukraynaya hücum etsə, Qərb Moskvaya dağıdıcı sanksiyalar tətbiq edəcək.

Peskov deyib ki, Putin və Bayden ötən ay keçiridikləri iki telefon danışığından sonra diplomatik çıxılmaz vəziyyətlə bağlı yenidən danışıq aparmalı olub-olmadıqlarına qərar verəcəklər.

Ukraynda Xarici İşlər Naziri Dmitro Kuleba deyib ki, ABŞ-ın Rusiyaya cavabı Moskvaya təqdim edilmədən öncə Kyiv hökuməti onu görüb.

“Ukrayna tərəfindən heç bir etiraz yoxdur,” Kuleba deyib. “ABŞ-ın Rusiya ilə qurduğu bütün əlaqələrdən öncə və sonra Ukraynla ilə yaxın əlaqədə olması mühümdür. Ukrayna olmadan Ukrayna ilə bağlı qərarlar verilməməlidir. Bu, qızıl qaydadır.”

Blinken də Twitter-də bununla razılaşıb və “Ukrayna olmadan Ukrayna ilə bağlı qərar verilmir,” yazıb.

Rusiya ABŞ və müttəfiqləri ilə tələb mübadiləsi etsə də, hər iki tərəf hərbi hazırlıqlarını sürətləndirib. Rusiya ölkənin cənub-qərbində motoatıcı və artilleriya birləşmələrinin, Kalininqradda Baltik dənizində döyüş təyyarələrinin, Qara Dəniz və Arktikada onlarla döyüş gəmisinin, eləcə də Belarusda Rusiyanın qırıcı təyyarələri və paraşüt-desantçılarının iştirakı ilə hərbi təlimlər keçirib.

Qərbin 30 üzvlük hərbi alyansı olan NATO Baltik dənizində mövcudluğunu artırdığını bildirib, ABŞ isə 8500 qoşunun NATO-nun əməliyyatının bir hissəsi olaraq Avropaya göndərilmək üçün hazır vəziyyyətdə olmasına göstəriş verib.

Kuleba Ukraynanın hər hansı hücum planlaşdırmadığını və Ruisya-Ukrayna sərhədindəki böhranı həll etmək üçün diplomatik səylərin davam edəcəyini gözlədiyini bildirib.

“Biz diplomatik yola sadiqik və münaqişəyə diplomatik həll yolu tapmaq üçün Rusiya ilə müxtəlif səviyyələrdə əməkdaşlıq etməyə hazırıq,” Kubela mətbuat konfransında bildirib. “Lakin Rusiya döyüşməyə qərar versə, biz buna cavab verəcəyik. Bu bizim ölkəmizdir və biz onu müdafiə edəcəyik.”

Ukrayna, Rusiya, Fransa və Almaniyadan rəsmilər çərşənbə günü Parisdə danışıqlar aparıb və Berlində də yeni danışıq raundu keçirməyə razılaşıb.

“Heç nə dəyişməyib, bu pis xəbərdir,” Kuleba müxbilərə bildirib. “Yaxşı xəbər odur ki, məsləhətçilər iki həftə sonra Berlində görüşməyə razılaşıb. Bu isə o deməkdir ki, Rusiya növbəti iki həftədə böyük ehtimalla diplomatik yolda qalacaq.”

XS
SM
MD
LG